Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 27-yə çatıb

Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 27-yə çatıb

13.08.2021 [10:39]

Türkiyənin Kastamonu, Sinop və Bartın vilayətlərində sel fəlakəti zamanı həlak olanların sayı 27-yə çatıb.

AZƏRTAC “TRT Haber” telekanalına istinadla xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamenti (AFAD) yayıb. Kastamonuda 25, Sinopda 2 nəfər həlak olub. İtkin düşən bir nəfərin axtarışı davam edir.

Fəlakət bölgəsində genişmiqyaslı təxliyə işləri aparılıb. Təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün bölgəyə ağır texnika və canlı qüvvə cəlb olunub.

Paylaş
Baxılıb: 111 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31