Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / "Tikintidə yanğın təhlükəsizliyi" mövzusunda maarifləndirmə tədbirləri keçirilib

"Tikintidə yanğın təhlükəsizliyi" mövzusunda maarifləndirmə tədbirləri keçirilib

13.08.2021 [12:33]

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Füzuli rayonunda inşa olunan hava limanı və Zəngilan rayonu, Ağalı kəndində "Ağıllı-kənd" layihəsinin inşaat meydançasında "Tikintidə yanğın təhlükəsizliyi" mövzusunda maarifləndirmə tədbiləri keçirib. Bu barədə qəzetimizə FHN tərəfindən  məlumat verilib.
Tikinti-quraşdırma işlərini həyata keçirən müəssisələrin yanğına qarşı cavabdeh və işçi heyəti iştirak edən tədbirlərdə tikinti-quraşdırma işləri aparılan zaman yanğın təhlükəsizliyi qaydaları, xüsusilə qaynaq və metalkəsmə işləri görüldükdə zəruri yanğın təhlükəsizliyi tədbirləri barədə geniş məlumat verilib, yanğın zamanı zəruri hərəkətlər izah edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Fəhlə və qulluqçulara ilkin yanğınsöndürmə vasitəsi olan odsöndürəndən istifadə qaydaları əyani nümayiş etdirilib, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının vacibliyi vurğulanıb, bu sahəyə məsul şəxslərə müvafiq hüquq və vəzifələri izah olunub. İnşaat meydançalarına yaxın ərazinin quru ot və kol-kosdan təmizlənməsi işlərinin vaxtaşırı həyata keçirilməsi üçün müvafiq tövsiyələr verilib.
FHN Dövlət Yanğın Nəzarəti Xidməti bu istiqamətdə fəaliyyətini davam etdirir.
MÜŞFiQƏ
Paylaş
Baxılıb: 120 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31