Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının X hesabat konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının X hesabat konfransı keçirilib

13.08.2021 [14:06]

Avqustun 13-də Yeni Azərbaycan Partiyası Qəbələ   rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.

Əvvəlcə Azərbaycan dövlətinin memarı, xalqımızın xilaskarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov hesabat məruzəsi ilə çıxış edib.  A.Ağasəfov bildirib ki, bu gün Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən nüfuzlu  partiyasıdır. YAP  qarşısına qoyduğu vəzifələri hər zaman layiqincə və uğurla yerinə yetirir.

A.Ağasəfov qeyd edib ki,  hazırda YAP Qəbələ rayon  təşkilatının 76 ərazi ilk partiya təşkilatı öz sıralarında 6360 üzvü birləşdirir. Partiya üzvlərinin 1924 nəfəri gənclər, 2674 nəfəri isə qadınlardır.  

Dövlətimizin uğurlu siyasəti nəticəsində Qəbələ rayonunun inkişafından geniş bəhs edən A. Ağasəfov  YAP  Qəbələ rayon təşkilatının hər bir üzvünün bu prosesdə fəal iştirakından məmnunluq hissi keçirdiyini bildirib. O, əminliklə bildirib ki, təşkilat üzvləri bundan sonra da rayonun ictimai-siyasi həyatında, tərəqqisində fəal iştirak edəcəkdir.

Sonra YAP Qəbələ rayon təşkilatının Nəzarət-Təftiş  Qrupunun sədr müavini  Natiq  Ağaşirinovun hesabat məruzəsi dinlənilib.

Müzakirələr zamanı çıxış edən YAP Qəbələ rayon təşkilatının İdarə Heyətinin üzvü, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı, rayon təşkilatının Qadınlar Şurasının sədri Arifə Bayramova, təşkilatın Gənclər Birliyinin sədri Anar Şirinov,  rayon təşkilatının ərazi ilk təşkilat sədri İfadə Məsimova  hesabat dövründə görülən işlərdən bəhs ediblər.

Konfransda çıxış edən Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, ümumxalq partiyasına çevrilən YAP  29 ildə qazandığı uğurlar, zəngin təcrübə, inam və etimad əsasında irəliyə doğru inamla irəliləyir. Partiyanın 760 mindən artıq üzvünün hər biri ulu öndər Heydər Əliyevin ideyalarının və cənab Prezident İlham Əliyevin uğurlu siyasətinin təbliğatçılarıdırlar.  

Hazırkı  dövrün ən böyük hadisəsinin tarixi Zəfərimiz olduğunu önə çəkən Ə.Tağıyev vurğulayıb ki, yeni dövrün reallıqları əsasında keçirilən  YAP-ın VII Qurultayı mühüm qərarların qəbulu ilə əlamətdar oldu. Yeni idarəçilik mexanizminin yaradılması, yeni Nizamnamənin qəbulu daha çevik partiya fəaliyyətinin həyata keçirilməsinə stimul verir. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev proqram xarakterli nitqində qarşıya yeni vəzifələr qoyub və bu vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi bizim fəaliyyətimizin əsasını təşkil edir.

Yeni hədəflərə nail olmaqda partiyanın hər bir rayon təşkilatının rolunu önə çəkən Ə.Tağıyev YAP Qəbələ rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Konfransda YAP Qəbələ  rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Paylaş
Baxılıb: 159 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31