Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Etibar Mirzəyev: Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqları tam icra edilib

Etibar Mirzəyev: Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqları tam icra edilib

13.08.2021 [14:42]

Prezident İlham Əliyevin Türkiyədəki yanğınların qarşısının alınması və geniş miqyas almasına imkan verilməməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) qarşısında qoyduğu vəzifələr tam icra edilib.

AZƏRTAC-ın Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, bu sözləri fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev avqustun 13-də jurnalistlərə müsahibəsində deyib.

Nazir müavini bildirib ki, avqustun 12-də Muğladakı böhran mərkəzində keçirilən toplantıda yanğınların tam söndürülməsi haqqında rəsmi olaraq məlumat verilib: “Bu müddətdə yerli yanğınsöndürənlərlə çiyin-çiyinə yanğınların söndürülməsinə və soyutma işlərinin aparılmasına nail olmuşuq. Əsas məqsəd yanğınların strateji bölgələrə və yaşayış məntəqələrinə yaxınlaşmasının qarşısını almaq olub”.

Paylaş
Baxılıb: 121 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31