Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Etibar Mirzəyev: Aviasiya vasitələrimiz yanğın bölgələrinə ümumilikdə 1404 ton su boşaldıb

Etibar Mirzəyev: Aviasiya vasitələrimiz yanğın bölgələrinə ümumilikdə 1404 ton su boşaldıb

13.08.2021 [14:44]

Türkiyədəki aviasiya vasitələrimiz yanğın bölgələrinə ümumilikdə 1404 ton su boşaldıb.

AZƏRTAC-ın Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, bu sözləri fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev avqustun 13-də jurnalistlərə açıqlamasında deyib.

E.Mirzəyev bildirib ki, yanğın bölgəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) 743 nəfərlik şəxsi həyəti, 97 texnikası, 1 helikopteri və 1 amfibiya təyyarəsi fəaliyyət göstərir: “Təyyarə və helikopterimiz Dalaman hava limanının ətrafı, Köyceğiz, Çayırova, Yatağab-Yumaklı, Menteşe-Kocazağ, Milas-Yeniköy, Seyidli-Kəmər, Aydın-Akçaova, Antalya-Kaş, Burduk-Bucak və İzmir şəhərlərində yanğınlara qarşı mübarizə aparıblar”.

Nazir müavini qeyd edib ki, amfibiya təyyarəsi 98 uçuş həyata keçirərək yanğın bölgələrinə 837 ton su boşaldıb. Helikopter isə 204 uçuş həyata keçirib və 567,5 ton su səpib.

Paylaş
Baxılıb: 116 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31