Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / TƏBİB-in nümayəndəsi: COVID-19 əleyhinə vaksinlərin saxlanılması üçün ölkədə bütün lazımi tədbirlər həyata keçirilib

TƏBİB-in nümayəndəsi: COVID-19 əleyhinə vaksinlərin saxlanılması üçün ölkədə bütün lazımi tədbirlər həyata keçirilib

13.08.2021 [17:14]

Yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinlər, ümumiyyətlə bütün peyvəndlər bioloji dərman vasitələridir. Bioloji dərman vasitələri isə digərləri ilə müqayisədə daha həssas qrupa aiddirlər. Yəni, vaksinlərin saxlanılması və daşınması, istehsalı və tətbiqi digər dərman preparatlarına nisbətən daha çətin və məsuliyyətlidir. Azərbaycanda koronavirus əleyhinə istifadə olunan vaksinlərin hər birinin kliniki tədqiqatlardan keçməsi onların təhlükəsizliyinin təsdiqləndiyini sübut edir. Sadəcə koronavirus yeni infeksiya olduğu üçün xəstəlik əleyhinə istehsal edilən vaksinlərin araşdırılması istiqamətində işlər də davam etdirilir. Bu tip vaksinlərin daşınması və saxlanma qaydasına xüsusi diqqət yetirilməlidir.

AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev “Dərman təhlükəsizliyi və farmakonəzarət” mövzusundakı çıxışı zamanı deyib.

Bildirib ki, COVID-19 əleyhinə vaksinlərin tələb olunan şəraitdə saxlanılması üçün ölkədə bütün lazımi tədbirlər həyata keçirilib: “Bu vaksinlərin istehsalı və daşınması zamanı soyuq zəncir sistemindən istifadə edilir. Yəni, vaksinlər soyuducularda saxlanılır. Saxlanma şəraiti peyvəndlərin növünə görə fərqlənir. “Sinovac” və “AstraZeneca” vaksinləri +2-8 dərəcədə saxlanıldığı halda, “Pfizer” peyvəndinin saxlanılması üçün ultra soyuq zəncir tələb edilir. Onun saxlanılması üçün -60-80 dərəcəlik temperatur olmalıdır. “Sputnik V”ni isə -20 dərəcədə saxlamaq mümkündür. Ölkədə istifadə edilən vaksinlərin logistika şəraiti tam yaradılıb və soyuq zəncir sisteminə nəzarət güclüdür. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “vaksinlərin saxlanılması və istifadəsi” adlı birgə təlimat hazırlayıblar. Həmin təlimat tibb müəssisələrinə göndərilib və vaksin məntəqələrində çalışan tibb işçiləri bu məlumatlarla tanış edilib və təlimata əsasən, səhiyyə işçiləri üçün təlimlər təşkil edilib. Bu günə qədər vaksinlərin saxlanılması və istifadəsi ilə əlaqədar 50-dən çox təlim keçirilib”.

Paylaş
Baxılıb: 99 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31