Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sevinc Fətəliyeva: Ermənistan reallığı qəbul etmək məcburiyyətindədir

Sevinc Fətəliyeva: Ermənistan reallığı qəbul etmək məcburiyyətindədir

13.08.2021 [19:39]

Otuz ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan öz təcavüzkar siyasəti ucbatından bütün regional layihələrdən kənarda qalıb və hazırda faktiki olaraq təcrid vəziyyətindədir. Eyni zamanda, 44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistanda sosial-iqtisadi böhran dərinləşib və bu, məğlub ölkəni növbəti siyasi kataklizmlərə sürükləyir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Ermənistanın böhran və tənəzzüldən yeganə xilas yolu Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edərək konstruktiv və praqmatik mövqe sərgiləməkdən ibarətdir. “Azərbaycan dövləti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanmaqla həm öz ərazi bütövlüyünün bərpasına nail oldu, həm də bütün region xalqları və dövlətləri üçün faydalı əməkdaşlıq imkanları yaratdı. Postkonflikt mərhələsində də Azərbaycanın irəli sürdüyü təşəbbüslər və təkliflər regional inkişafa, bölgədə əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir. Ermənistan bu tarixi şansdan istifadə edərək, yaranmış fürsəti dəyərləndirməlidir. Bunun üçün, ilk növbədə, ərazi iddiasından əl çəkməli, sülh müqaviləsinə hazırlıq işləri görməli və sərhədlərin delimitasiyası ilə əlaqədar beynəlxalq hüquq normalarına uyğun konkret mövqe ortaya qoymalıdır”, - deyə deputat vurğulayıb.

S.Fətəliyeva qeyd edib ki, regional kommunikasiyaların açılması üçün Ermənistan Rusiya və Azərbaycan Baş nazirlərinin müavinlərinin üçtərəfli komissiyasının işini bərpa etməyə hazır olduğunu bildirib. Məhz bu fakt Ermənistanın reallığı qəbul və dərk etmək məcburiyyətində olduğunu göstərir. Bütün bu məsələlərin həll olunması bütövlükdə region üçün əhəmiyyətli siyasi və iqtisadi faydalar vəd edir. Bu, bölgədə sülhün yaradılması, təhlükəsizliyin təmin olunması və əməkdaşlığın genişləndirilməsi baxımından çox önəmlidir.

Paylaş
Baxılıb: 319 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31