Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Əhalinin böyük əksəriyyəti peyvəndlənməlidir ki, yeni ştamlar yaranmasın”

“Əhalinin böyük əksəriyyəti peyvəndlənməlidir ki, yeni ştamlar yaranmasın”

14.08.2021 [08:14]

Dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayında artım müşahidə edilməkdədir. Təəssüf ki, virus səbəbindən ölüm hallarında da artım qeydə alınır. Nəticədə, bəzi ölkələr yenidən sərt karantin rejimi tətbiq etməyə və qapanmalara getməyə məcbur olur. Ekspertlərin rəyinə görə, ölkəmizdə də koronavirusla əlaqədar müşahidə olunan mənfi tendensiya sərt karantin rejiminin tətbiqi məsələsini gündəmə gətirə bilər.

Məsələ ilə bağlı açıqlama verən yoluxucu xəstəliklər üzrə həkim-mütəxəssis Nigar Əliyeva bildirib ki, yumşaldılmalardan sonra vətəndaşların arxayınlaşması, qaydalara kifayət qədər riayət olunmaması rəqəmlərin bu həddə gəlib çatmasına səbəb oldu. Onun sözlərinə görə, vaksinasiya olunanların sayı daha çox olarsa, məhdudiyyətlər tətbiq edilməyə bilər: “Buna görə də yeganə yol vaksinasiyadır. Peyvənd bizi təkcə xəstəlikdən qorumur, həmçinin xəstəliyi yüngül keçirməyimizə kömək edir. Bundan əlavə, vaksinasiya yeni mutasiyaların əmələ gəlməsinin qarşısını alır. Çünki peyvənd olunmasaq və virusu özbaşına buraxsaq, o, qısa müddət ərzində yeni mutasiyalara uğrayacaq”.

N.Əliyeva bildirib ki, əgər qaydalara ciddi riayət olunmazsa, yoluxma sayı daha da artacaq. Çünki “delta” ştamı əvvəlkilərdən daha yoluxucudur: “Vaksinasiyadan keçənlər belə həmin ştam üçün daşıyıcı rolu oynaya bilərlər. Bu baxımdan, peyvənd olunanların da tibbi maskadan istifadəsi mütləqdir. Hər ştam yarandıqca daha aqressiv olur. Bir müddətdən sonra elə ştamlar yarana bilər ki, hazırkı vaksinlər onlara heç bir təsir edə bilməz. Hər yeni ştamda vaksinlərin qoruyuculuq faizi enir. Buna görə də mütləq şəkildə əhalinin böyük əksəriyyəti peyvəndlənməlidir ki, yeni ştamlar yaranmasın”.

MÜŞFİQƏ

Paylaş
Baxılıb: 113 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31