Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Əsli Kazımova: Azərbaycanın beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artıb

Əsli Kazımova: Azərbaycanın beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artıb

14.08.2021 [08:19]

“Yerləşdiyi regionun lider dövləti olan Azərbaycan öz inkişafının yeni mərhələsini yaşayır. Bunun təsdiqi üçün çox da uzağa getmək lazım deyil. Sadəcə ötən bir ilə nəzər salmaq ölkəmizin qlobal problemlərin öhdəsindən necə uğurla gəldiyini görməyə kifayət edir. Ötən ilin martından etibarən COVID-19 pandemiyasının qarşısının alınması istiqamətində effektiv mübarizə sərgiləyən, daha sonra bu yöndə qlobal təşəbbüsləri ilə seçilən ölkəmiz, eyni zamanda, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad edərək tarix yazdı. Bu gün Azərbaycan faktiki olaraq regionun lider dövləti kimi bölgənin gələcək inkişafının konturlarını müəyyənləşdirir”.

Bu fikirləri Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən ötən dövr ərzində işğaldan azad olunmuş torpaqlarımızda böyük bərpa-quruculuq işlərinin aparılması, ən əsası isə, dünyanın aparıcı ölkələrinin bir sıra şirkətlərinin bu fəaliyyətə cəlb olunması, eləcə də regionun gələcək inkişafı ilə bağlı investorların prosesə qoşulması istiqamətində atılan addımlar bir daha onu göstərir ki, ölkəmiz beynəlxalq münasibətlər sistemində yaxın tərəfdaş qismində qəbul edilir: “Azərbaycanın beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artıb. Ölkəmizin irəli sürdüyü təşəbbüslərə qlobal miqyasda göstərilən pozitiv münasibət bunun əyani sübutudur. Bunun başlıca səbəbi isə Prezident İlham Əliyevin apardığı uğurlu siyasətdir. Prezidentimizin koronavirus pandemiyasına qarşı mübarizədə dünya ölkələrinə verdiyi birlik və həmrəylik mesajları, irəli sürdüyü təkliflər Azərbaycanın dünyadakı çəkisini daha da artırdı. Eləcə də bir sıra ölkələrə vaksin yardımlarının edilməsi, vaksinlərin bölüşdürülməsi ilə bağlı ölkəmizin tutduğu ədalətli mövqe bir daha onu göstərir ki, Azərbaycan dövləti sülhün və təhlükəsizliyin, bəşəriyyətin sağlam gələcəyinin təmin edilməsi üçün səy göstərir”.

Paylaş
Baxılıb: 102 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31