Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Abutalıb Səmədov: Dünya ictimaiyyəti bir daha Azərbaycan-Türkiyə qardaşlığının şahidi oldu

Abutalıb Səmədov: Dünya ictimaiyyəti bir daha Azərbaycan-Türkiyə qardaşlığının şahidi oldu

14.08.2021 [08:21]

“Bu günlərdə Türkiyədə baş verən meşə yanğınları  dünyada mövcud olan bir sıra reallıqları bir daha aydın şəkildə görməyə və anlamağa imkan verdi. Türkiyədə baş verən və on minlərlə hektar ərazini məhv edən dəhşətli yanğınlara qarşı mübarizədə dünya ictimaiyyəti bir daha Azərbaycan-Türkiyə qardaşlığının şahidi oldu”.

Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirib.

A.Səmədov deyib ki, yanğınla mübarizədə Türkiyəyə yardım etmək istəyən ölkələr arasında qəti mövqe sərgiləyən Azərbaycan hər zaman qardaş ölkənin yanında olduğunu növbəti dəfə nümayiş etdirdi: “Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınları ilə mübarizə məqsədilə qardaş Türkiyə Respublikasına göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarında yaxından iştirak edirlər”.

“Son illərin ən dəhşətli fəlakətlərindən olan Türkiyədəki meşə yanğınlarını diqqət mərkəzində saxlayan dövlət başçımızın göstərişi ilə qardaş ölkəyə 700-dən çox yanğınsöndürən, hərbi helikopter və amfibiya tipli təyyarə  göndərilib. Qəhrəman yanğınsöndürənlərimiz böyük fədakarlıq göstərərək əməliyyatlarda fəal iştirak etdilər. Bu hadisələr bütün dünyaya bir daha göstərdi ki, Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamı əməldə də öz təsdiqini tapır və reallığı əks etdirir. Bir daha sübut olundu ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı sarsılmazdır”, - deyə partiya sədri bildirib.

Qaşqay RAMAZANOV

Paylaş
Baxılıb: 119 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31