Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Fəzail Ağamalı: Azərbaycan - Türkiyə dostluğu, qardaşlığı sarsılmazdır

Fəzail Ağamalı: Azərbaycan - Türkiyə dostluğu, qardaşlığı sarsılmazdır

14.08.2021 [08:25]

“Türkiyədə baş verən yanğınların söndürülməsi prosesində Azərbaycanın Türkiyənin yanında yer alması, qardaş ölkədə baş verən faciənin aradan qaldırılması yönündə birgə səy göstərməsi müasir tariximizdə Ulu Öndər Heydər Əliyevin ifadə etdiyi kimi “Bir millət, iki dövlət” prinsipi ilə inkişaf edən Türkiyə-Azərbaycan münasibətlərinin sarsılmaz, əbədi və hər cür çətinliklərin öhdəsindən gəlməyə qadir olduğunu bir daha təsdiqlədi. Dost, qardaş olan və ən çətin zamanlarda bir-birinin maraqlarını qoruyan Azərbaycan və Türkiyə baş verən faciənin qarşısının alınması işlərində də bir yumruğa çevrildi. Bu, bir daha onu göstərdi ki, Azərbaycan - Türkiyə dostluğu, qardaşlığı sarsılmazdır”.

Bu fikirləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.

Partiya sədrinin sözlərinə görə, yanğın baş verən ilk günlərdən etibarən Azərbaycan dövlətinin qəti addımlar atması, Türkiyəyə yanğınsöndürənlərin, texnikaların göndərilməsi, ölkəmizin faciənin qarşısının alınmasında öz gücünü və səyini ortaya qoyması hər iki dövlətin ən çətin anlarda bir-birinin yanında yer almasını növbəti dəfə təsdiqlədi: “Bu birlik və həmrəylik həm 44 günlük Vətən müharibəsində, həm də indi - Türkiyədə baş verən güclü meşə yanğınlarına qarşı mübarizədə bir daha özünü göstərdi. Prezident İlham Əliyevin Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla son telefon danışığında qardaş ölkəyə dəstəyimizin davam edəcəyini vurğulaması Azərbaycanın qardaş ölkənin problemlərinə öz problemləri kimi yanaşdığının göstəricisidir. Bu qardaşlığın təməlində təmənnasız sevgi və diqqət dayanır. Şübhəsiz ki, iki qardaş ölkənin bu birliyi, bu həmrəyliyi hər iki dövlətin birlikdə bütün maneələri qətiyyətlə aşmalarına imkan yaradacaq”.

Paylaş
Baxılıb: 105 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31