Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Asim Mollazadə: Pandemiyanın fəsadlarının minimuma endirilməsi üçün peyvəndləmə prosesində fəallığı artırmaq lazımdır

Asim Mollazadə: Pandemiyanın fəsadlarının minimuma endirilməsi üçün peyvəndləmə prosesində fəallığı artırmaq lazımdır

14.08.2021 [08:30]

“Ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmanın qarşısını almaq üçün müəyyənləşdirilən strategiya düzgündür. Pandemiya ilə mübarizə üçün zəruri infrastruktur yaradılıb. Lakin COVID-19-un geniş yayılmasının qarşısını almaq üçün Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərin uğurla nəticələnməsi hər birimizdən asılıdır. Buna görə də vaksinasiya prosesinin daha da genişləndirilməsi mühüm amildir”.

Bu fikirləri qəzetimizə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Partiya sədrinin sözlərinə görə, pandemiyanın fəsadlarının minimuma endirilməsi üçün peyvəndləmə prosesində fəallığı artırmaq lazımdır: “Kütləvi vaksinasiya prosesi başlayandan sonra ölkəmizdə yoluxma sayının azalması Azərbaycanda karantin rejiminin yumşaldılması üçün bəzi addımları atmağa sövq etdi. Lakin yumşalmalardan sonra insanlarda arxayınlıq yaranması və bu kimi səbəblərdən yoluxma sayında birdən-birə ciddi artım qeydə alınıb.  Son günlərdə Azərbaycanda yeni növ koronavirus infeksiyasına yoluxma və ölüm hallarının artması narahatlıq doğurur. Buna görə də cəmiyyət olaraq səfərbər olunmalıyıq və vaksinasiya prosesi sürətlə həyata keçirilməlidir”.

A.Mollazadə deyib ki, qonşu ölkələrdə yoluxmanın artması, yeni ştamların sərhədlərimizə yaxınlaşması Azərbaycan əhalisi üçün də siqnal olmalıdır.

Qaşqay RAMAZANOV

Paylaş
Baxılıb: 159 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31