Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır

Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır

14.08.2021 [08:38]

Türkiyənin bir çox vilayətində eyni vaxtda baş verən yanğınlar nəticəsində qardaş ölkəyə ciddi ziyan dəyib. Yanğınların yaşayış məntəqələrinə keçməsinin qarşısını almaq üçün intensiv tədbirlər görülsə də, yanğın baş verən ərazilərin bir çoxunda 100-dən artıq kənd yanıb. Həmçinin turizm üçün yararlı sayılan məntəqələrə, hotellərə, istirahət düşərgələrinə də külli miqdarda ziyan dəyib.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan xalqı və dövləti meşə yanğınları ilə mübarizədə ilk günlərdən Türkiyənin yanında yer alır. İndiyədək Prezident İlham Əliyev qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana bir neçə dəfə telefonla zəng edərək meşə yanğınları ilə mübarizədə Azərbaycanın hər cür kömək göstərməyə hazır olduğunu bildirib. Dövlət başçısının tapşırığına uyğun olaraq Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası Türkiyənin ayrı-ayrı bölgələrində meşə yanğınlarının söndürülməsinə cəlb olunublar.

Beləliklə, daim bir-birinə dəstək olan iki qardaş dövlət bu faciəvi hadisənin qarşısının alınmasında da həmrəylik nümayiş etdirir, birgə fəaliyyət göstərirlər. Bu, əsl dostluq və qardaşlıq nümunəsidir. Eyni zamanda, 44 gün davam edən və Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşan müharibədə Türkiyənin Azərbaycana olan mənəvi və siyasi dəstəyinin ardınca, qardaş ölkədə yaranan ekstremal vəziyyətdə də ölkəmizin öz qətiyyətli dəstəyini ifadə etməsi Azərbaycan-Türkiyə münasibətlərinin unikallığının bariz nümunəsidir.

Beləliklə, bütün bu reallıqlar iki qardaş ölkənin daim bir-birinin yanında olduğunu göstərir. Heç şübhəsiz, Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətləri əbədi və sarsılmazdır.

Əfəndi İbrahimli

YAP Səbail rayon təşkilatının baş məsləhətçisi

Paylaş
Baxılıb: 262 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31