Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Jalə Əliyeva: Azərbaycan Prezidenti “CNN Türk”ə müsahibəsində “bulanıq suda balıq tutmaq istəyənlər”ə anladıqları dildə cavab verdi

Jalə Əliyeva: Azərbaycan Prezidenti “CNN Türk”ə müsahibəsində “bulanıq suda balıq tutmaq istəyənlər”ə anladıqları dildə cavab verdi

16.08.2021 [09:53]

İyulun 14-də qardaş Türkiyənin nüfuzlu telekanallarından olan “CNN Türk”ə geniş müsahibə verən Prezident, Ali Baş Komandan İlham Əliyev yenə birmənalı, qətiyyətli və cəsarətli mövqeyini bütün dünyaya nümayiş etdirdi. Bu müsahibədə hər kəsə cavab var idi, xüsusilə də bizi istəməyənlərə, yenə “bulanıq suda balıq tutmaq sevdası”na düşənlərə. Hər kəsə anladığı və anlayacağı dildə cavab verildi, elə bir məqam-məsələ olmadı ki, cavablandırılmasın. Bu müsahibə dostlara, müttəfiqlərə təşəkkürlər və minnətdarlıqlarla, düşmənə, onun açıq və gizli havadarlarına sərt xəbərdarlıqlar və mesajlarla yadda qaldı. Prezident İlham Əliyev yenə də birmənalı, obyektiv və ədalətli mövqe sərgilədi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva söyləyib.

Deputat qeyd edib ki, dövlətimizin başçısı müsahibəsində “Biz öz mövqeyimizi dəfələrlə bildirmişdik. Mən bir neçə dəfə öz sözümü açıq demişdim ki, biz istəyirik Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası, yəni, müəyyən edilməsi prosesi də başlasın. Ancaq bu günə qədər Ermənistandan müsbət cavab almamışıq. Belə görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir. Mən söylədim ki, bu, böyük yanlışlıq olar və onlar özləri də peşman olacaqlar” deyərək, bu təklifin masa üzərində əbədi qalmalı olmadığını vurğuladı.

Prezident İlham Əliyev bildirdi: “Yəni, əgər buna etiraz edirlərsə, açıq söyləsinlər ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmirlər. Belə olan halda biz də öz siyasətimizi buna uyğun şəkildə aparacağıq. Əgər Ermənistan buna hazırdırsa, əgər Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda əlbəttə ki, bölgəyə uzunmüddətli sülh gələcək. Biz bunu istəyirik və eyni zamanda, buna nail olmaq üçün indi konkret təkliflər də masa üzərindədir.

Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir”.

Müsahibədə də vurğulandığı kimi, Zəngəzur dəhlizinin açılması Ermənistanın da maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi onların da maraqlarına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İran, həm də Rusiya ilə əlaqə yarada bilərlər.

Ancaq çox təəssüf ki, illərdir, əsrlərdir Ermənistanda, ermənilər arasında ifrat millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiya o dərəcədə insanların və hakim dairələrin beyinlərini zəhərləyib ki, onlar bunu istəsələr də, dilə gətirə bilmirlər. dövlətimizin başçısı qeyd etdiyi kimi: “Ermənistanda cəmiyyət və hakimiyyət təbii ki, indi çox çətin bir psixoloji durumdadır. Çünki onların 30 il ərzindəki ideoloji sütunları darmadağın edildi, mifologiya darmadağın edildi. Erməni ordusunun “müzəffər ordu” olmasını biz 44 gün ərzində yerlə bir etdik. Onların ərazi iddiaları məhv edildi”.

“Ali Baş Komandan vurğuladı ki, bizə yeni müharibə lazım deyil. Odur ki, məramı sülh yaratmaq, sülhü təmin və dayanıqlı etmək olan Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazidə yaşayan erməniləri yolunu azmış Azərbaycan vətəndaşları sayırıq. Onların 25 min nəfərdən azdır. Əlbəttə ki, onlar da Azərbaycan cəmiyyətinə inteqrə olunmalıdır. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və burada bir çox xalqlar yaşayır, bir ailə kimi yaşayır, o cümlədən ermənilər də yaşayır. Bu gün Bakıda erməni də var”, - deyən deputat əlavə edib ki, buna görə də Xankəndidə və ətraf kəndlərdə yaşayan ermənilər də bizim cəmiyyətimizə mütləq inteqrə edilməlidir, onlar üçün bu, daha böyük fürsətlər yaradacaq.

Ümumilikdə Cənubi Qafqazda Azərbaycan, Gürcüstan, Ermənistan arasındakı üçtərəfli əlaqələrin yaradılması üçün ilkin addımlar atılmalıdır, biz buna hazırıq. Biz həmişə mövqeyimizi açıq bildirmişik və demişik, hər zaman da sözümüzün üstündə durmuşuq. İndi növbə, seçim yenə qarşı tərəfin, Ermənistanın və onun havadarlarınındır.

Ağıllarını başlarına cəm edib, onları verilən növbəti tarixi fürsət və şansı dəyərləndirmək, düzgün qərar qəbul və doğru seçim etmək, artıq onların öhdəsinə düşür. Məsuliyyət yenə onların çiyinlərindəndir. Yox, əgər növbəti dəfə bunun əksi, tərsi olarsa və olacaqsa, onda yenə və daha ağır zərblə - “dəmir yumruq” yeməli olacaqlar.

Ona görə də dövlətimizin başçısının da səsləndirdiyi kimi, Rusiyadan gözləntimiz odur ki, üçtərəfli Bəyanatın bütün müddəaları yerinə yetirilsin. Çünki bu üçtərəfli Bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalayıblar və onların böyük qismi artıq gerçəkləşib. Amma bəzi məsələlər var ki, hələ də açıqdır.

Prezident, Ali Baş Komandan “Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi, əlbəttə, bu bölgədə xüsusi rol oynayır. Bu, təbiidir. Ümid edirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın. Eyni zamanda, bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq. Bu, bizi narahat edir” deyərək bir daha hər kəsə açıq və birmənalı şəkildə bəyan etdi ki, müharibə artıq başa çatıb. Yəni, erməni xalqı da bu vəziyyətlə barışıb. Erməni rəhbərliyi də məğlubiyyətlə barışıb və Ermənistanda keçirilmiş son parlament seçkiləri bunu göstərdi. Tarixdə görünməmiş bir mənzərədir ki, məğlub edilmiş rəhbərlik, yenidən xalqdan səs alır. Belə olan halda, əlbəttə ki, Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır. Bununla Prezident İlham Əliyev bir daha qalib Sərkərdə və qalib Azərbaycanın rəhbəri kimi cəsarətli, qətiyyətli mövqeyini nümayiş etdirdi və bildirdi ki, görünür, İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı.

Daha bir önəmli və həssas məsələyə - Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan münasibətlərinə toxunan Prezident İlham Əliyev birliyimizi, birgəliyimizi, qardaşlığımızı, ayrılmazlığımız, həmrəyliyimizi növbəti dəfə ortaya qoydu. Bildirdi ki, son 18 il ərzində həm Türkiyə, həm Azərbaycan tərəfindən vahid siyasət formalaşdırılıb.

Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan dövlətimizin başçısı Azərbaycan-Türkiyə birliyinin əbədi olduğuna diqqət çəkdi. Diqqətə çatdırdı ki, Türkiyə-Azərbaycan birliyi artıq regional amildir, bəlkə də nə vaxtsa qlobal amilə çevriləcək. Çünki indi başqa ölkələrlə də müttəfiqlik əlaqələri formalaşmaqdadır. Bu, bəzilərini narahat edir. Ona görə aramıza girməyə, təxribatlar törətməyə çalışacaqlar.

Deputat əminliklə vurğulayıb ki, can Azərbaycanla qardaş Türkiyə bundan sonra da daim qoşa qanad kimi birlikdə çalışıb, Qələbələrə, Zəfərlərə birgə imza atacaqlar.

Hələ çox qələbələr bizlərlə olacaq!

Paylaş
Baxılıb: 200 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31