Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Müdafiə Nazirliyi: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Müdafiə Nazirliyi: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

16.08.2021 [10:45]

Avqustun 16-sı saat 09:30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini avtomat və pulemyotlardan istifadə edərək atəşə tutmağa başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Paylaş
Baxılıb: 96 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31