Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Allahverdi Haxverdiyev: Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin yenidən bərpa olunması istiqamətində davamlı işlər görür

Allahverdi Haxverdiyev: Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin yenidən bərpa olunması istiqamətində davamlı işlər görür

16.08.2021 [15:06]

"30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızda ermənilərin həyata keçirdiyi vandalizm aktı nəticəsində kənd, rayon və şəhərlərimiz xarabalığa çevrilib. Artıq işğaldan azad edilmiş həmin regionlara səfər edən xarici jurnalistlər, xarici ölkələrin Azərbaycandakı nümayəndələri bu faktları öz gözləri ilə gördülər. Təbii ki, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin yenidən bərpa olunması istiqamətində davamlı işlər görür və qısa zaman kəsiyində artıq bununla bağlı layihələr işlənib hazırlanıb. İşğaldan azad edilən rayonlarımızın, şəhər və kəndlərimizin yenidən qurulması prosesinə başlanılıb. Yeni mərhələdə bu regionlar yenidən dirçəldiləcək, həmin ərazilərdə kənd təsərrüfatının, sənayenin inkişafına zəmin yaradılacaq. Prezident İlham Əliyev "CNN Türk" televiziyasına müsahibəsində də bildirdi ki, qayıdış üçün bizə zaman lazımdır. Çünki 30 il ərzində ermənilər o yerləri dağıdıblar və bu gün oranı bərpa etmək, əlbəttə ki, vaxt tələb edir. Bizim burada əsas rəqibimiz zamandır. Çünki Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün kifayət qədər maliyyə vəsaiti toplanıb və səfərbər olunub. Amma bizim əsas rəqibimiz zamandır və hər kəs anlamalıdır ki, burada da zamana ehtiyac var".

Bu fikirləri açıqlamasında YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev deyib. Onun sözlərinə görə, həmin ərazilərdə mühüm infrastrukturlar yaradılmalıdır ki, qayıdacaq əhalinin hər hansı bir problemi olmasın: "İnanırıq ki, qısa zaman kəsiyində işğaldan azad edilmiş torpaqlarımızda həyat yenidən canlanacaq və öz doğma yurd-yuvalarına qayıdacaq insanlarımız rahat yaşayış şərtləri ilə təmin ediləcəklər. Cənab Prezidentimiz müsahibəsində də bildirdi ki, birinci pilot layihə artıq gerçəkləşir, Zəngilan rayonunda 3 kəndi birləşdirən bir layihə bu ilin sonuna, ya da ki, gələn ilin əvvəlinə hazır olacaqdır: "Bu yaxınlarda yenə də bir neçə kəndin planı mənə təqdim edildi, təsdiqləndi. Yaxın gələcəkdə o kəndlərin də layihələri icra ediləcək və tədricən biz insanları o bölgələrə qaytaracağıq". Bəli, Azərbaycan qüdrətli dövlətdir və ölkəmizin maliyyə sabitliyi imkan verir ki, həmin regionlar digər rayonlarımız kimi yenidən qurulsun və özünün inkişaf mərhələsinə qədəm qoysun".

PƏRVİZ

Paylaş
Baxılıb: 207 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31