Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bəhruz Quliyev: Prezidentin mesajları yalnız Ermənistana ünvanlanmayıb

Bəhruz Quliyev: Prezidentin mesajları yalnız Ermənistana ünvanlanmayıb

16.08.2021 [18:23]

“Prezident İlham Əliyevin CNN TÜRK televiziya kanalına müsahibəsi zamanı səsləndirdiyi fikirlərinin hər biri kifayət qədər həssas və incə məqamları ehtiva etməsi ilə yanaşı, həm də regiondakı mövcud mühitin yaxın gələcəkdəki perspektivlərini müəyyən etmiş oldu”. Bu fikirləri “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev mövzu ilə bağlı ikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu gün artıq həll olunmuş Qarabağ münaqişəsinin birdəfəlik tənzimlənməsi üçün sülh sazişinin imzalanması mühüm şərtlərdəndir. Lakin gördüyümüz kimi, Ermənistandakı növbədənkənar parlament seçkilərindən sonra yenidən baş nazir vəzifəsinə seçilmiş Nikol Paşinyan öz təbirincə siyasi ritorikasını dəyişdiyini sanır, hətta 44 günlük müharibədən əvvəlki qeyri-ciddi davranışlarını yenidən təkrar etməyə cəhdlər göstərir – istər Zəngəzur dəhlizi məsələsində, istər sərhədlərin delimitasiyası və demarkasiyası məsələnində, istərsə də Laçın dəhlizi vasitəsi ilə gizli, ya da aşkar şəkildə Rusiya sülhməramlıları kontingentinin nəzarətlərindəki ərazilərdən erməni silahlı qüvvələrini Azərbaycan ərazilərinə sızdırması məsələsində: “Cənab Prezident əsasən, bu faktlarla bağlı sualları cavablandırarkən bir daha və bəlkə də sonuncu xəbərdarlıqlarını istər İrəvana, istərsə də son vaxtlar İrəvanın havasına oynayan Rusiyaya sərt, həmçinin incə mesajlar xarakterində yolladı. O cümlədən, Rusiyanın Ermənistanı silahlandırması siyasətinin də İrəvan üçün heç bir səmərə verməyəcəyini deməsi ilə Bakıdakı Qənimətlər parkı istiqamətini göstərdi. Dövlət başçımız bununla demək istədi ki, məğlub, süquta uğrayan və güclə ayaqda qalan Ermənistan belə davam edərsə, hətta Rusiyanın ona silahlar verməsinə baxmayaraq bu dəfə daha sarsıdıcı zərbələr altında qala bilər. Yəni fakt budur ki, cənab İlham Əliyev açıq qaydada bəyan etdi ki, qarşı tərəf sülh istəmirsə, biz də işimizi bilək və üçtərəfli bəyanatda tələb edilən bəndlərdəki müddəaları güc yolu ilə həll edək”.

“Başqa tərəfdən, ölkə rəhbərimiz müsahibəsi zamanı Moskvaya çatdırdı ki, İrəvanı sülahlandırmaqdansa, üçtərəfli bəyanatdakı tələblərin realizə olunmasında hərəkətə keçsin, müttəfiqi Ermənistanın nazı ilə oynamasın”, deyən siyasi ekspert bildirib ki, heç nə əbədi deyil və gördüyümüz kimi, 30 illik işğal siyasətinə son qoyuldusa, Bakı işğaldan sonra İrəvanın inadkarlığına səbr, təmkin göstərmək fikrində deyil: “Bu baxımdan, dövlət başçımızın CNN TÜRK-ə müsahibəsi və bəyanatları ayrı-ayrılıqda ismarıc rolunu oynayır və həmin ismarıclar yollanan tərəflər həqiqətən də Cənubi Qafqazda sülh, inkişaf və tərəqqi, eləcə də xalqların inteqrasiyasını istəyirlərsə, bu zaman tələb edilən qaydaları pozmamalı, onlara dürüstlüklə riayət etməlidirlər. Bu gün regionun aparıcı güclərinə çevirlən Türkiyə və Azərbaycan gerçəkliyi unudulmamalıdır. Bu güclər çox qısa zamanda və vahid şəkildə dünya güclərinə çevirlmək məqsədini ortaya qoyublar. Bizimlə əməkdaşlıq, dostluq, partnyorluq, hətta müttəfiqlik etmək istəyən tərəflər, ilk növbədə, tələb edilən prinsiplərə uymalı, müxtəlif qeyri-ciddi iddialardan əl çəkməlidirlər. Prezident İlham Əliyev müsahibəsində bu və bu kimi digər mühüm məsələləri diqqətə çatdırmış oldu”.

Paylaş
Baxılıb: 98 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31