Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qırğızıstan portalları Prezident İlham Əliyevin “CNN Türk”ə müsahibəsinin tam mətnini yayıb

Qırğızıstan portalları Prezident İlham Əliyevin “CNN Türk”ə müsahibəsinin tam mətnini yayıb

17.08.2021 [14:09]

Qırğızıstanın “goldenbridgenews.com” və “turktoday.info” portalları AZƏRTAC-da yayımlanan Azərbaycan Prezidenti İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsini rus dilində tam olaraq işıqlandırıb.

Saytlar müsahibənin ayrı-ayrı hissələrinin AZƏRTAC-da çap edilən variantını da öz səhifələrində yerləşdiriblər.

Dövlətimizin başçısı İlham Əliyev müsahibədə Azərbaycanın Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etməsi, Ermənistan tərəfindən son mərhələdə verilən xəritələrin cəmi yüzdə iyirmi beş faiz dəqiq olması, Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün kifayət qədər maliyyə vəsaiti toplanması, ölkəmizin Cənubi Qafqazda 3+3 formatını dəstəkləməsi, Azərbaycanın erməni ordusunun “müzəffər ordu” olmasını 44 gün ərzində yerlə bir etməsi, Zəngəzur dəhlizinin Avrasiyanın yeni bir nəqliyyat layihəsinə çevrilə bilməsi, Türkiyənin müdafiə sənayesinın sürətlə inkişafı, bizim bundan faydalanmağımız, son 18 il ərzində həm Türkiyə, həm Azərbaycan tərəfindən vahid siyasət formalaşdırılması, Türkiyənin bizim üçün doğma ölkə, doğma vətən olması və digər məsələlərə aydınlıq gətirir.

Azərbaycan Prezidenti müsahibədə deyir: “Rusiyadan gözləntimiz odur ki, üçtərəfli Bəyanatın bütün müddəaları yerinə yetirilsin”.

Paylaş
Baxılıb: 228 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31