Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İşğaldan azad edilən Qarabağ torpağında genişmiqyaslı quruculuq işləri aparılır

İşğaldan azad edilən Qarabağ torpağında genişmiqyaslı quruculuq işləri aparılır

17.08.2021 [14:32]

Məlum olduğu kimi,  Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən Qarabağ torpağında genişmiqyaslı quruculuq işləri aparılır. Dövlətimizin başçısının iyulun 7-də imzaladığı fərman əsasında Qarabağ iqtisadi zonası ya­radılıb və Qarabağa aid olan rayonlar orada birləşib. Bundan başqa, Şərqi Zəngəzur iqtisadi zonası da yaradılıb. Hazırda işğaldan azad etdiyimiz bölgələrdə genişmiqyaslı quruculuq işləri aparılır və heç kim bizi bu dinc, sülhpərvər fəaliyyətimizdən ayıra bilməz.

Azərbaycan torpaqlarını otuz il işğal altında saxlayan nankor qonşumuz Ermənistan isə özünün təcavüzkar siyasəti üzündən mağmun vəziyyətə düşüb, bütün regional layihələrdən təcrid olunub. Hazırda bu ölkədə siyası, sosial və iqtisadi böhran fəlakət həddinə çatıb və zaman işğalçıya heç bir uğurlu perspektiv vəd etmir. Revanşist çıxışlarından əl çəkməyən erməni “başbilənlər”i günün reallıqlarını dərk etmir və postmüharibə mərhələsində Azərbaycanın regional inkişafa, bölgədə əməkdaşlığın dərinləşdirilməsinə xidmət edən təşəbbüs və təkliflərini sanki görməzdən gəlirlər.

Zamanın isə Azərbaycanın xeyrinə işləməsi aşkar faktdır. Hazırda Qarabağda 11 müxtəlif istiqamətdə avtomobil yolları çəkilir ki, bunların da ümumi uzunluğu 700 kilometrdən çoxdur. Bölgədə tikilən hava limanları, çəkilən dəmir yolları vasitəsilə daşımalar da həm əhalinin Qarabağa qayıdışına, həm də orada icra olunan iqtisadi layihələrin səmərəliliyinin artmasına xidmət edəcək. Yeri gəlmişkən, ölkəmizin reallaşdırdığı bütün nəqliyyat layihələri, 2023-cü ilədək Füzuli, Zəngilan və Laçında bir-birinin ardınca açılması nəzərdə tutulan hava limanları, çəkilən avtomobil və dəmir yolları qlobal inteq­rasiya proseslərinin də xeyli sürətlənməsinə imkan verəcək. Qlobal baxımdan isə Avropa və Asiyanın daha sıx iqtisadi inteqrasiyasını təmin edəcək. Artıq Füzuli Hava Limanında ilk sınaq uçuşunun sentyabr ayının 3-də nəzərdə tutuldu­ğu barədə məlumat verilmişdir. Bu gün Şuşada, Ağdamda, Füzulidə və Qarabağın digər rayonlarında həyata keçirilən bərpa-quruculuq tədbirləri hər kəsdə tükənməz qürur və məmnunluq duyğusu yaradır.

İşlər sırf planauyğun şəkildə, ciddi koordinativ formada aparılır. Azərbaycan Prezidenti hələ 2020-ci ilin noyabr ayında həmin ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə aparılması məqsədilə Əlaqələndirmə Qərargahı yaradıl­ması barədə sərəncam imzalamışdır. Həmin qərargah səmərəli və məqsədyönlü fəaliyyət göstərir. Onun nəzdindəki İdarələrarası Mərkəzin tabeliyində isə 10-dan çox işçi qrupu var. Bu qruplar bərpa fəaliyyətinin bütün istiqamətlərini əhatə edir. Bundan bir neçə gün öncə isə dövlət başçısı “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” fərman imzalayıb ki, bu da erməni vandalla­rının işğal zamanı xaraba qoyduqları yaşayış məntəqələrinin bərpası, sosial-iqtisadi dirçəlişi baxımından mühüm önəm daşıyır. Sözügedən fərmanla Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılır. Fərmana əsasən Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xocalı, Xocavənd və Zəngilan rayonlarının inzibati ərazilərində yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi müvəqqəti olaraq həmin baş idarəyə həvalə edilir. Dövlət səviyyəsində ən mühüm vəzifə bundan ibarətdir ki, əzəli-əbədi yurdlarımı­zın bərpası inkişaf axarına qovuşsun. Biz bu məramımızda son dərəcə qətiyyətliyik. Ötən hər gün məcburi köçkünlərimizin Qarabağa kütləvi qayıdışını daha da yaxınlaşdırır.

İlkin Rzayev,

YAP Göygöl rayon təşkilatının Toğanalı kənd tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri

Paylaş
Baxılıb: 219 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31