Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sevinc Fətəliyeva: Dövlətimizin başçısının müsahibəsi antiazərbaycan dairələrin əks-təbliğatının darmadağın edilməsində böyük önəm daşıyır

Sevinc Fətəliyeva: Dövlətimizin başçısının müsahibəsi antiazərbaycan dairələrin əks-təbliğatının darmadağın edilməsində böyük önəm daşıyır

17.08.2021 [14:35]

Prezident İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi dünya mediasının diqqət mərkəzindədir. Bu, təsadüfi deyil, çünki dövlətimizin başçısı müsahibəsində mühüm tarixi və siyasi məqamları diqqətə çatdırmaqla yanaşı, yeni şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini aydın ifadə etdi. Azərbaycan Prezidenti, həmçinin vacib mesajlar verməklə yanaşı, Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıq etmiş oldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva söyləyib.

Deputat deyib ki, Azərbaycan Prezidenti ölkəmizin yeni mərhələdə regionda sülhün və təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar prinsipial mövqedə olduğunu bildirərək vurğuladı: “Ölkəmizin bu mövqeyi dəyişməzdir. İlk növbədə, 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın tələbləri yerinə yetirilməli, Ermənistan bütün təxribat cəhdlərindən imtina edərək konstruktiv siyasət həyata keçirməlidir. Həmçinin Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar konkret addımlar atmalı, vaxtında sülh müqaviləsinə hazırlıq işləri görməlidir. Digər tərəfdən, Ermənistanın Laçın yolu vasitəsilə Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə silah və hərbçilər göndərməsi regionda gərginliyin artmasına səbəb olur, sülh və təhlükəsizliyə ciddi maneələr yaradır. Azərbaycanın bu ərazilərdə baş verən prosesləri yaxından izləmək üçün bütün texniki imkanlara malikdir və adekvat addımlar atılır. Ermənistan anlamalıdır ki, bütün təxribatların qarşısı qalib Azərbaycan Ordusu tərəfindən alınacaq və onun bu siyasəti özü üçün çox ağır nəticələr verəcək”.

Deputat əlavə edib ki, digər mühüm məsələ Azərbaycanın regionda kommunikasiyaların bərpası ilə əlaqədar mühüm təşəbbüslər irəli sürməsi və qətiyyətli mövqe sərgiləməsidir. Xüsusilə də Zəngəzur dəhlizinin açılması məsələsi bu kontekstdə mühüm yer tutur. Bu, regional iqtisadi əməkdaşlığın inkişafı və region ölkələri arasında işgüzar əlaqələrin gücləndirilməsi baxımından strateji əhəmiyyətlidir.

S.Fətəliyeva onu da qeyd edib ki, Prezident İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi Azərbaycan reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında çox önəmli olmaqla yanaşı, ölkəmizin qlobal informasiya məkanında mövqeyinin gücləndirilməsinə xidmət edir. Bu, eyni zamanda, antiazərbaycan dairələrin əks-təbliğatının darmadağın edilməsi üçün də böyük əhəmiyyət daşıyır.

Paylaş
Baxılıb: 208 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31