Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azər Badamov: İşğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri sürətlə davam edir

Azər Badamov: İşğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri sürətlə davam edir

17.08.2021 [16:11]

"2020-ci ilin sentyabrın 27-də başlanan, noyabrın 10-da Azərbaycanın qətiyyətli qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi regionda yeni siyasi-iqtisadi reallıqlar yaratmaqla yanaşı, həm də ölkəmizin gələcək inkişafının yeni mərhələsinin başlanğıcını qoydu. Bu gün mübahisəsiz və mübaliğəsiz olaraq Cənubi Qafqazın yeni güc mərkəzi statusunda çıxış edən, qalib dövlət olaraq öz gələcək inkişafını sülhün və təhlükəsizliyin, əməkdaşlığın təminatı üzərində quran Azərbaycan dövləti həm də ötən 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlayan, şəhər və kəndlərimizi, qəsəbələrimizi yerlə-yeksan edən, xarabalığa çevirən, mədəni, mlli və dini abidələrimizə qarşı vandalizm aktları həyata keçirən Ermənistanın təcavüzkar, faşist simasını dünya ictimaiyyətinə təqdim etdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müharibədən sonra dəfələrlə işğaldan azad edilmiş torpaqları ziyarət etməsi, bu torpaqların dirçəldilməsi, yenidən qurulması və abadlaşdırılması istiqamətində aparılan fəaliyyətə şəxsən nəzarət etməsi bir daha Azərbaycan dövlətinin güclü iradəsini ortaya qoymaqdadır. Prezident İlham Əliyev bir neçə gün öncə "CNN Türk" televiziya kanalına müsahibəsində də bildirdi ki, 30 il Vətən həsrəti ilə yaşamış insanlar tezliklə öz yurdlarına, öz torpaqlarına qayıtmaq istəyirlər. Ancaq onu da çox yaxşı bilirlər ki, orada bütün evlər, bütün şəhərlər dağıdılıb".

Bu fikirləri açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov deyib. Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev azad edilmiş torpaqlarda – Qarabağda və Şərqi Zəngəzurda həm minalardan təmizləmə işlərinin, eyni zamanda, infrastruktur işlərinin sürətlə getdyini diqqətə çatdırdı və bildirdi ki, Azərbaycan dövləti tərəfindən böyük infrastruktur layihələri – yollar, elektrik və su xətləri, hava limanları, dəmir yolları sürətlə reallaşdırılır. Bunlar olmadan oraya həyat qayıda bilməz: "Bir müddət öncə Zəngilan rayonunun Ağalı kəndi ilə bağlı atılacaq addımların, orada tətbiq olunacaq "Ağıllı kənd" layihəsinin detallarının Azərbaycan ictimaiyyətinə açıqlanması, bununla bağlı geniş təfərrüatın kənd sakinləri ilə bölüşülməsi Azərbaycan Prezidentinin bu məsələdəki qətiyyətindən xəbər verir. Eləcə də ölkə Prezidenti bu ilin may ayının 28-də Ağdam şəhərinə səfəri çərçivəsində Ağdam rayonunun yenidən qurulmasının müjdəsini geniş ictimaiyyətə təqdim etdi. Cəmisi 44 gün ərzində öz torpaqlarını düşmən tapdağından azad etmiş Azərbaycan qısa zamanda işğaldan azad etdiyi torpaqların bərpası istiqamətində həyata keçirdiyi fəaliyyəti ilə hər kəsi təəccübləndirməkdədir. Bəli, bu gün Ağdam, Zəngilan rayonlarının timsalında işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri sürətlə davam edir. Bu amil "Böyük Qayıdış" planının olduqca mühüm bir komponentidir. Belə ki, öz doğma yurd-yuvalarına qayıdacaq vətəndaşlarımız həm işlə, həm yeni evlərlə, həm də ən yeni, müasir infrastrukturla təmin ediləcəklər. Bu gün hər bir azərbaycanlı inanır ki, 30 ilə yaxın müddətdə ermənilər tərəfindən dağıdılmış, xarabalığa çevrilmiş bütün yurd-yuvalarımız Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə cənnətə çevriləcək. Ağdam rayonunun yenidən qurulması müasir inkişaf tariximizin ən mühüm hadisələrindən birinə çevriləcək".

Paylaş
Baxılıb: 145 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31