Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Həyata keçirilən islahatlar regionun tərəqqisinə xidmət edir

Həyata keçirilən islahatlar regionun tərəqqisinə xidmət edir

17.08.2021 [16:36]

2020-ci ilin payızında Ermənistan hərbi təxribatlarına qarşı aparılan Vətən müharibəsin təkcə torpaqlarımızın işğaldan azad edilməsi demək deyildi. Əldə olunan Zəfər qələbəsi ədalətin bərpa olunması, 30 il müddətində 1 milyondan artıq soydaşımızın hüquqlarının bərpası idi. Münaqişənin uzun çəkməsi isə beynəlxalq ictimaiyyətin “ikili standartlar” siyasətinin nəticəsində xalqımıza və dövlətimizə qarşı beynəlxalq ədalətsizlik  nümayiş etdirmələri idi. 26 illik danışıqları prosesi zamanı daim münaqişənin sülh yolu ilə həllinə çalışan Azərbaycan sonda güc yolu ilə ölkəmizə qarşı ədalətsizliyə son qoymaq məcburiyyətində qaldı. Vətən müharibəsində qısa zaman ərzində düşmənin darmadağın edilməsi Xöcalı soyqırımı, birinci Qarabağ müharibəsi qurbanları və 30 il müddətində erməni hərbi təxribatlarının qurbanı olmuş soydaşlarımızın qisasının alınması idi.

2021-ci ilin 14 avqust tarixində Prezident İlham Əliyevin Türkiyənin “CNN Türk” televiziya kanalına verdiyi müsahibədə Vətən müharibəsini Qurtuluş savaşı adlandırması heç də təsadüfi deyil. Münaqişə son qoymaqla Azərbaycan təcavüzkar Ermənistan və ona dəstək verən beynəlxalq erməni terrorundan təkcə xalqımızı deyil, ümumilikdə bəşəriyyətin xilasına təkan verdi. Vətən müharibəsində əldə olunan qələbəAzərbaycan və Ermənistan arasında iqtisadi və hərbi güc fərqini dünyaya nümayiş etdirdi. 44 günlük döyüşləruin hər anında düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycana qarşı erməni hərbi silahlı birləşmələri terror qruplaşmaları yalnız dinc yaşayış məntəqələrimizə artilleriya və raket zərbələri vurmaqla mülki əhaliyə qarşı faşist əməllərini həyata keçirdilər ki, bu da rəsmi İrəvanın dünya ictimaiyyəti tərəfindən qınaq obyektinə çevrilməsinə imkan verdi.

Vətən müharibəsi dövründə xalqımız bir yumruq olaraq Ali Baş Komandanın ətrafındabirləşdi bütün dünyaya müzəffər ordumuzla, əbədi qürur hisslərinə sahib olduq, dünyanın bir çox güclü dövlətlərinin havadarlıq etdiyi Ermənistanı darmadağın edərək diz çökdürdük. Bu uğurlar ölkəmizin hərbi gücünü nümayiş etdirdi. Silahlı Qüvvələrimiz dünyanı heyrətləndirəcək qədər peşəkarlıq nümayiş etdirərək alınması. keçilməsi mümkünsüz sayılan düşmən istehkamlarını yardılar. Bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, uğurlarımız, Qələbəmiz öyrənilir. Dünya mətbuatında artıq dəfələrlə məlumat verilmişdir ki, dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər.

Azərbaycan Prezidenti İlham Əliyev türk televiziya kanalına müsahibəsi zamanı qələbəni təmin edən amillərdən danışarkən Azərbaycan xalqının Qələbəyə olan inamını qeyd etməsi təsadüfi deyil. Tarix boyu özünün ən pik nöqtəsinə çatan, bütün xalqlara nümunə olacaq xalq-dövlət-ordu birliyi nəticəsində Azərbaycan əsgəri müharibənin ilk günündən bir neçə kəndi azad etməklə xalqın qələbəyə olan ruhunu yüksəltdi. Əldə olunan qələbə torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı xalqımızın gələcək nəsillər qarşısında öz borcunun şərəflə yerinə yetirilməsi idi.

Böyük qələbələr böyük uğursuzluqlardan sonra əldə edilir. 30 illik işğaldan sonra əldə olunan qələbə xalqımızın arzularının yerinə yetməsi, 30 il Vətən, yurd həsrəti ilə yaşayan yüz minlərlə insanın xoşbəxtliyidir. Acınacaqlı fakt isə ondan ibarətdir ki, işğal dövrü zamanı ermənilər təkcə infrastrukturu, tarixi və mədəni abidələrimizi, qəbiristanlıqlarımızı, məscidlərimizi deyil, bütün yaşayış evlərini də tamamilə dağıtmışlar. Torpaqlarımızın işğaldan azad edilməsi, münaqişənin başa çatması xalqımız, dövlətimiz qarşısında yeni layihələrin həyata keçirlməsini zəruri etdi. Azərbaycanın daim artan iqtisadi gücü nəticəsində işğaldan azad edilmiş torpaqlarda infrastruktur layihələrin, nəqliyyat mexanizminin bərpası, yolların müasir standartlara uyğun çəkilməsi və eyni zamanda ərazilərin minalardan təmizlənməsi işlərinin sürətlə aparılmasına imkan verir.

Münaqişə bitdikdən sonra işğaldan azad edilmiş torpaqlarda göz önündə canlanan mənzərə rəsmi İrəvanın 30 llik faşist siyasətini, varvalığını, dağıdıcı və təcavüzkar sifətini dünyaya nümayiş etdirdi. Mülki yaşayış məskənlərimizin ballestik raketlər və artilleriya qurğuları ilə atəşə tutulması isə təkcə beynəlxalq hərbi cinayət deyil, həm də İnsanlığa qarşı yönəldilən vəhşilikdir.

44 günlük müharibə zamanı qardaş Türkiyənin siyasi müstəvidə verdiyi dəstək isə bir daha dünya ölkələrinə qardaşlığın, dostluğun, əməkdaşlığın, birliyin nümayişi kimi qəbul edildi. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri Vətən müharibəsi dövründə daha da möhkəmləndi. Artıq Türkiyə-Azərbaycan dostluq münasibətləri, birliyi dünya ölkəri tərəfindən öyrənilir. İki ölkə arasındakı həmrəylik, birlik vətəndaşlarımızın ölkə başçısı İlham Əliyevin ətrafında birləşərək nümayiş etdirdiyi həmrəylikdə də özünü göstərdi. Bu həmrəyilik tarix boyu özünün ən yüksək həddinə çatdı. Bu gün dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr yoxdur. Bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir. Son günlər qardaş türkiyədə baş verən yanğınların qarşısının alınmasında Azərbaycanın texnika və canlı qüvvə ilə fədakarcasına iştirakı ölkələrimiz, xalqlarımız arasında olan birliyi bir daha sübut edir.

İki ölkə arasındakı birlik və həmrəylik regionda sülhün qorunmasına və tərəqqiyə xidmət edir ki, bu da özünü işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən layihələrdə Türkiyənin əməkdaşlıqda göstərir. Müsahibə zamanı Azərbaycan Prezidenti İlham Əliyev 30 illik müddətində dağıdılan, talan edilən ərazilərin bərpasının sadəcə zaman məsələsi olduğunu qeyd etməklə, Azərbaycanın bərpa, quruculuq işlərinin öhdəsindən gəlmək iqtidarında olduğunu, iqtisadi gücünün qəbul edilən layihələrin həyata keçirilməsində yetərincə olduğunu dünyaya bir mesaj kimi çatdırmışdır.  Bu gün olduqca çətin psixoloji durumda olan erməni cəmiyyətinin sülhü qəbul etməklə bu layihələrdə iştirakı Ermənistanı bir dövlət kimi  məhv olmaq təhlükəsindən xilas edəcək. Zəngəzur dəhlizinin açılması bütün region dövlətləri ilə yanaşı ilk növbədə ermənilərin qon dövlətlərə çıxıçı asanlaşdıracaq. Azərbaycanın təklif etdiyi sülh Ermənistanın maraqları çərçivəsindədir. İstənilən halda Azərbaycan xalqı öz lideri ətrafında sıx birləşərək qəbul edilən layihələrin icrasını reallaşdıracaq. Həyata keçirilən islahatlar, görülən işlər isə regionun tərəqsini sürətləndirəcək. Ermənistanın bu layihələrdən kənarda qalması isə onsuz çətin durumlarını daha da ağırlaşdıracaq.

Loğman Müslümov,

Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini (dini qurumlarla işin təşkilatçısı)

Paylaş
Baxılıb: 213 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31