Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Əlcəzair portalı: Prezident İlham Əliyev erməni vəhşiliyinin bütün dünyaya göstəriləcəyini deyib

Əlcəzair portalı: Prezident İlham Əliyev erməni vəhşiliyinin bütün dünyaya göstəriləcəyini deyib

18.08.2021 [13:16]

Əlcəzairin “Əl Hərir” portalında “Prezident İlham Əliyev: Qarabağda törədilmiş erməni vəhşiliyini bütün dünyaya göstərəcəyik” sərlövhəli xəbər dərc edilib.

AZƏRTAC-a istinadla dərc olunmuş xəbərdə qeyd olunur ki, Prezident İlham Əliyev Kəlbəcər şəhərində dövlət bayrağının ucaldılması mərasimindəki çıxışında Ermənistanın kapitulyasiya aktını imzalayandan sonra Azərbaycandan vaxt istədiyini, Rusiya rəhbərliyinin də Kəlbəcərdən öz şələ-şülələrini yığışdıra bilməsi üçün onlara on gün vaxt verilməsi barədə müraciət etdiyini deyib. O əlavə edib ki, bizim humanistlik göstərərək noyabrın 25-nə qədər verdiyimiz vaxt ərzində ermənilər onlara məxsus olmayan, qanunsuz məskunlaşdıqları evləri yandırıb və dağıdıb, ağacları kəsiblər.

Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Azərbaycanın dövlət başçısı zamanın dəyişməsinə rəğmən erməni faşizminin dəyişmədiyini bildirərək deyib: “Heç kim bunu unutmamalıdır. İndi onların bəzi hallarda göndərdikləri yaltaqlıqla dolu sözlərinə inanmaq olmaz. Buna inanmaq istəyən, bax, bu mənzərəni göz önünə gətirsin, dağıdılmış Ağdamı, Füzulini, Şuşanı, Kəlbəcəri, Laçını, Zəngilanı, Qubadlını, Cəbrayılı göz önünə gətirsin. Erməni vəhşilərin əməlləri göz qabağındadır. Amma onların hamiləri bunu görmək istəmirlər. Amma görməlidirlər və görəcəklər. Onların gözünə soxacağıq. Biz indi kitablar da dərc edirik, göstəriş vermişəm, təqdimatlar da olacaq. Xarici ölkələrdə sərgilər olacaq. Biz göstərəcəyik. Bunu görmək istəməyən məcbur olub görəcək. Görəcək ki, erməni faşizmi, erməni vəhşiliyi nədir”.

Paylaş:
Baxılıb: 447 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30