Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bir qrup deputat 4 saylı Bakı DOST mərkəzi ilə tanış olub

Bir qrup deputat 4 saylı Bakı DOST mərkəzi ilə tanış olub

18.08.2021 [14:18]

Milli Məclisin üzvləri Musa Quliyev, Əziz Ələkbərov, Soltan Məmmədov, Aydın Mirzəzadə və Hikmət Babaoğlu 4 saylı Bakı DOST mərkəzini ziyarət ediblər. Qonaqlar əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, reabilitasiya, pensiya, sosial sığorta və sosial rifah sahələrində mərkəzlərdə göstərilən xidmətlərlə tanış olublar.

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə heyətinin sədri Fərid Məmmədov millət vəkillərinə mərkəzin iş prinsipi, xidmət bölmələri və “Çağrı Mərkəzi 142”nin fəaliyyəti barədə ətraflı məlumat verib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, tanışlıq zamanı qeyd olunub ki, DOST mərkəzlərində əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta, sosial rifah, təlim və s. üzrə 152 növ xidmət göstərilir. Həmin xidmətlər “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunur.

Deputatlara məlumat verilib ki, iyulun 25-də Prezident İlham Əliyevin Fərmanına əsasən şəhid ailələrinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzi (VƏM) yaradılıb və mərkəz yaxın günlərdə DOST mərkəzlərində fəaliyyətə başlayacaq. Bunun üçün hər bir mərkəzdə 5 pəncərə ayrılıb.

Qeyd edilib ki, 2025-ci ilə qədər ölkə ərazisində 17 DOST mərkəzi və 55 DOST filialı fəaliyyətə başlayacaq. Bununla da DOST xidmətləri bütün ölkə ərazisini əhatə edəcək.

Deputatlar mərkəzdə vətəndaşlara xidmət göstərilməsi prosesini izləyiblər. Görüş qarşılıqlı müzakirə və fikir mübadiləsi şəraitində davam etdirilib.

Paylaş
Baxılıb: 112 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31