Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ramiz Hüseynov: Bütün dünya Azərbaycanın gücünü, qətiyyətini və iradəsini gördü

Ramiz Hüseynov: Bütün dünya Azərbaycanın gücünü, qətiyyətini və iradəsini gördü

18.08.2021 [14:57]

"Ermənistanın hərbi təxribatlarına qarşı 2020-ci il sentyabrın 27-dən başlanan əks-hücum əməliyyatları istər Cənabi Qafqaz regionunda, istərsə də beynəlxalq münasibətlər sistemində yeni bir mənzərə, yeni reallıqlar yaratdı. Vətən müharibəsində əldə olunan qələbəmiz sayəsində 30 ilə yaxındır ki, davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Ölkəmizdə təmin edilən xalq-iqtidar birliyi, cəmiyyətin bütün kəsimlərinin ümummilli məsələmiz ətrafında səfərbər olması, siyasi palitranın birmənalı şəkildə cənab İlham Əliyevi dəstəkləməsi və şanlı Azərbaycan Ordusunun rəşadəti doğma yurdlarımıza qovuşmağımızı təmin etdi”. Avqustun 16-da Prezident İlham Əliyev Kəlbəcər şəhərində Dövlət bayrağının ucaldılması mərasimindəki çıxışında bildirdi ki, ermənilər bilmirdilər ki, bütün Azərbaycan xalqı bir amalla yaşayır ki, işğala son qoyulsun, düşmən torpaqlarımızdan qovulsun və biz öz dədə-baba torpaqlarımıza qayıdaq və qayıtdıq. Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını alaraq qayıtdıq. Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq!"

Bu fikirləri açıqlamasında Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov deyib. Onun sözlərinə görə, bütün dünya Azərbaycanın gücünü, qətiyyətini və iradəsini gördü: "Bu, ilk növbədə, bölgədə yeni siyasi-iqtisadi reallıqlar formalaşdırdı. Azərbaycan dövləti Cənubi Qafqazda lider olduğunu açıq nümayiş etdirdi. Prezident İlham Əliyevin prinsipial mövqeyi bir daha onu göstərdi ki, Azərbaycan həm güclü dövlətdir, həm də ölkəmizin güclü lideri var. Azərbaycan bundan sonra artıq diktə edən tərəf, ərazi bütövlüyünü təmin etmiş bir dövlətdir. Eyni zamanda, ölkəmiz bu qələbə nəticəsində BMT-nin uzun illərdir ki, kağız üzərində qalan qətnamələrinin icrasına nail oldu. Bir sözlə, möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizdir. Azərbaycanın çoxəsrlik tarixində buna bənzər qələbə olmamışdır".

Paylaş
Baxılıb: 240 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31