Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şəhid Vüsal Allahverdiyevin ad günü münasibətilə tədbir keçirilib

Şəhid Vüsal Allahverdiyevin ad günü münasibətilə tədbir keçirilib

18.08.2021 [14:59]

44 günlük Vətən müharibəsində şəhid olmuş, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuş Vüsal Allahverdiyevin ad günü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə şəhidin ailəsi ilə görüşüb. Daha sonra Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət olunub, gül dəstələri qoyulub.

Ziyarət mərasimində YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev, Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva şəhidin döyüş yoldaşları, Sumqayıt şəhərinin axundu Hacı Rauf, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər. Çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev bildirib ki, Müzəffər Azərbaycan Ordusu cəmi 44 gün ərzində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında misilsiz hərbi zəfər qazandı, erməni ordusunu darmadağın etdi. Vətən müharibəsində şəhid olan hərbçilərimizin ailələrinin sosial problemlərinin hər zaman dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanıldığını deyən A.Haxverdiyev əlavə edib ki, Azərbaycan xalqı Qarabağın azadlığı uğrunda tarix yazan qəhrəmanlarımızı daim fəxr və iftixarla anacaq.

Daha sonra şəhidin ailə üzvləri şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

PƏRVİZ

Paylaş:
Baxılıb: 317 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30