Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Vüqar İskəndərov: İgid oğullarımızın qanı bahasına işğaldan azad edilmiş torpaqlar indiki radikal müxalifət təmsilçilərinin hakimiyyət hərisliyinin qurbanına çevrilmişdi

Vüqar İskəndərov: İgid oğullarımızın qanı bahasına işğaldan azad edilmiş torpaqlar indiki radikal müxalifət təmsilçilərinin hakimiyyət hərisliyinin qurbanına çevrilmişdi

18.08.2021 [15:00]

"Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsi tarixi qələbəmizlə başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad etdi. Bunları qeyd etməklə yanaşı, onu da vurğulamaq vacibdir ki, Vətən müharibəsi zamanı igid oğullarımızın qanı bahasına işğaldan azad edilmiş torpaqlar 29 il əvvəl məhz indiki radikal müxalifət təmsilçilərinin hakimiyyət hərisliyinin qurbanına çevrilmişdi. Məhz Şuşa şəhərinin, ardından isə Laçın rayonunun ermənilər tərəfindən işğal olunmasına şərait yaradan AXC-"Müsavat" cütlüyü bundan "tramplin" kimi istifadə edərək silahlı çevriliş nəticəsində hakimiyyəti qəsb etmişdi. Avqustun 16-da Kəlbəcər şəhərində Dövlət bayrağının ucaldılması mərasimində çıxış edən Prezident İlham Əliyev bildirdi ki, 1993-cü ildə Kəlbəcərin işğal altına düşməsi xalqımızın böyük faciəsi idi. Çünki Laçın və Şuşa rayonları 1992-ci ilin may ayında işğal altına düşəndən sonra ermənilərin növbəti hədəfi Kəlbəcər idi".

Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Şuşa və Laçının işğala məruz qalması AXC-"Müsavat" cütlüyünün xəyanəti nəticəsində baş vermişdir. O vaxt hakimiyyət uğrunda mübarizə gedirdi, AXC-"Müsavat" cütlüyü hakimiyyətə can atırdı, nəyin bahasına olursa-olsun hakimiyyəti zəbt etməyə çalışırdı və onların nəzarəti altında olan bəzi qüvvələr Şuşanı, demək olar ki, ermənilərə təhvil verdi və Şuşa, demək olar ki, müdafiə olunmadı: "Cənab Prezident bildirdi ki, Kəlbəcər 1993-cü il aprel ayının əvvəlində işğal altına düşmüşdü və bunun da günahkarı AXC-"Müsavat" cütlüyüdür, AXC-"Müsavat" hakimiyyətidir. Onların xəyanətkar, satqın, antimilli hakimiyyəti Kəlbəcərin işğalını şərtləndirdi. 90-cı illərin əvvəlində Azərbaycan torpaqlarının işğalına rəvac verən bugünkü radikal müxalifət ötən müddətdə baş verənlərdən nəticə çıxarmayıb, əksinə, İkinci Qarabağ müharibəsi zamanında da ordumuza, haqq işimizə şər ataraq düşmən "dəyirmanına su tökürlər". Bu da onların xəyanətkar xislətlərindən heç zaman əl çəkməyəcəklərini bir daha təsdiqləyir".

Paylaş
Baxılıb: 250 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31