Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Deputat: Prezident İlham Əliyevin “CNN-Türk” televiziyasına verdiyi müsahibədə bir çox mətləblərə aydınlıq gətirildi

Deputat: Prezident İlham Əliyevin “CNN-Türk” televiziyasına verdiyi müsahibədə bir çox mətləblərə aydınlıq gətirildi

18.08.2021 [16:19]

Prezident İlham Əliyevin “CNN-Türk” televiziyasına verdiyi müsahibədə bir çox mətləblərə aydınlıq gətirildi. Dövlətimizin başçısının müsahibəsində demək olar ki, son dövrlərdə baş verən proseslər, Ermənistan tərəfindən törədilən təxribatlar və bu təxribatları aparan səbəblər, eləcə də regionun gələcəyi ilə bağlı bir sıra mətləblərə toxunuldu. Məhz həmin müsahibədə bir çox suallara cavab verildi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz erməni silahlı birləşmələrini, terrorçularını torpaqlarımızdan qovub çıxardı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Ermənilərə daha rüsvayçı, daha betər məğlubiyyət yaşatmamaq və beynəlxalq hüquq, konvensiyaların müddəaları çərçivəsində müharibənin nəticələrini həyata keçirmək üçün Azərbaycan üçtərəfli Bəyanatı imzalamağa razılıq verdi. Ermənilərə qanunsuz məskunlaşdıqları Azərbaycan ərazilərindən çıxmaq üçün vaxt müəyyən vaxt verildi. Ermənistan bəyanata əsasən öz üzərinə götürdüyü öhdəliklərin bir qismini həyata keçirsə də, son vaxtlar məğlubiyyətlə tam barışmaq istəmədiklərindən bəzi müddəalardan irəli gələn məsələləri həyata keçirməkdən boyun qaçırırlar. Başqa sözlə desək, müəyyən dərəcədə cığallıq edirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan üçtərəfli Bəyanatın müddəalarına hörmətlə yanaşır. Burada əsas vasitəçi Rusiyadır. Moskva Bakının dostu, İrəvanın isə müttəfiqidir. Rusiya Ermənistan tərəfini məcbur etməlidir ki, onlar bu öhdəlikləri tam olaraq yerinə yetirsinlər. Bu müddəaların, öhdəliklərin yerinə yetirilməsi üçün Rusiya və digər qüvvələr tərəfindən Ermənistanın yenidən silahlandırılmasına qətiyyən ehtiyac yoxdur. Çünki artıq münaqişə sona çatıb. İrəvan nə qədər silahlandırılsa da, istənilən halda Cənubi Qafqazda güc balansı pozulmayacaq.

Deputat vurğulayıb ki, təhlükəsizlik tədbirləri məqsədilə Azərbaycan öz ordusunun gücünü daha da artırıb. Faktiki olaraq ölkəmiz 44 günlük Vətən müharibəsində öz gücünü sübut edib. Ermənistan nə qədər silahlansa da, Azərbaycana qalib gələ bilməz. Nəticə etibarı ilə yenidən münaqişəni alovlandırmaq heç bir dövlətə xeyir verməyəcək. Onsuz da məhvə sürüklənən Ermənistan bundan çəkinməlidir. Zəngəzur dəhlizinin əhəmiyyətindən danışan N.Həmzəyevin fikirlərinə görə, bu dəhlizin açılması ilə yalnız Azərbaycan və Türkiyə deyil, ümumilikdə, region dövlətləri fayda görəcəklər. Hətta Ermənistanla Azərbaycan arasında digər kommunikasiya xəttlərinin açılması da mümkündür və bu da Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsi çox vacibdir.

Deputatın sözlərinə görə, Azərbaycan indiyədək humanist addım ataraq, öz mövqeyini qoruyub saxlayıb. Ancaq Ermənistanın da addım ataraq sülhü dəstəkləməsi vacibdir. Erməni xalqı tarixində ilk dəfə olaraq prezident seçkilərində məğlub liderə səs verdi. Bu da onu deməyə imkan verir ki, artıq ermənilər müharibədən beziblər. Onlar uzun müddət hakimiyyətdə olan qüvvələri dəstəkləmədilər, revanşistlərə bir daha şans vermədilər. Sadə ermənilər də istəyirlər ki, Azərbaycanla Ermənistan arasında sülh olsun. Sadə ermənilərin istəmədiyi halda İrəvandakı hərbi-siyasi rəhbərliyin bəzi qüvvələr tərəfindən qızışdırılaraq yenidən təxribatlara cəhd göstərməyə məcbur etmək Ermənistanın xeyrinə olmayacaq. Onsuz da ermənilər gec-tez Azərbaycanla sülh müqaviləsini imzalamağa, ölkəmizin ərazi bütövlüyünü tanımağa məcbur olacaqlar. Ermənilər vaxt uzatmaqla Azərbaycan tərəfindən atılacaq humanist addımların sayını azaltmış olacaqlar. Gündən-günə güclənən, faktiki olaraq NATO-nun ikinci ən güclü ordusu sayılan Türkiyə ordusu və rəsmi Ankara hər zaman ölkəmizin yanındadır. Şuşa bəyannaməsi imzalandıqdan sonra Azərbaycan-Türkiyə münasibətləri də tamamilə yeni mərhələyə qədəm qoydu və Azərbaycan-Türkiyə müttəfiqliyi rəsmi Bakının gücünü qat-qat artırır. Regional faktora çevrilən bu ikitərəfli münasibətlər dövlətimizin başçısının da qeyd etdiyi kimi, yaxın illərdə qlobal gücə çevrilə bilər. Faktiki olaraq qonşu dövlətlərdə, Asiyada proseslər sürətlə dəyişməkdədir. Bu proseslər nəticə etibarı ilə yaxın gələcəkdə Türkiyənin liderliyi ilə fərqli bir gücün ortaya çıxacağını deməyə imkan verir. Bu, türkdilli dövlətlərin birgə fəaliyyəti həm kəmiyyət, həm də keyfiyyət etibarı ilə yeni bir gücün ortaya çıxma ehtimalı var.

N.Həmzəyev bildirib ki, Ermənistan Azərbaycanla münasibətlərini yaxşılaşdırmadığı təqdirdə uduzan tərəf olacaq. Ermənistan gələcəkdə öz öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onsuz da sual altına düşən müstəqilliyini tamamilə itirə bilər. Görünən odur ki, Rusiya da regionda baş verən dəyişikliklər fonunda Ermənistana dəstəyini azaldacaq. Azərbaycan ərazisində yaşayan ermənilər reallığı qəbul edərək, gec-tez bizim ölkənin qanunları çərçivəsində yaşamağa məcburdurlar. Sülhməramlılar müvəqqətidir, onların təhlükəsizliyini yalnız Azərbaycan dövləti təmin edə bilər. Ermənistan təxribatları dayandırmalı və rəsmi Bakı ilə sülh danışıqları masasına əyləşməlidir. Bu, onun yeganə xilas yoludur.

Paylaş
Baxılıb: 93 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31