Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ANAMA-da “Mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” istiqamətində təlim keçirilib

ANAMA-da “Mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” istiqamətində təlim keçirilib

18.08.2021 [16:21]

İşğaldan azad edilən ərazilərdə quruculuq və infrastruktur layihələri ilə bağlı fəaliyyət göstərən şəxslər üçün avqustun 18-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mütəxəssisləri tərəfindən təhlükəsizlik qaydaları ilə bağlı “Mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” mövzusunda təlim keçirilib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Azərenerji” ASC-nin və “Azərsu” ASC-nin nümayəndələrinin iştirak etdikləri təlimdə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmənin ümumi əsasları, təhlükəli ərazinin əlamətləri, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə təqdimat olub. Həmçinin müxtəlif növ mina və sursatın vizual tanınması üçün maketlər nümayiş etdirilib.

Məlumat verilib ki, minatəmizləmə fəaliyyətinin əsas meyarlarından biri olan mina və partlamamış sursat təhlükəsinə dair maarifləndirmə sahəsində icra edilən tədbirlər işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən qurumların nümayəndələri, eləcə də mülki əhali arasında mina hadisələrinin qarşısının alınması və əhalinin təhlükəsiz yaşam tərzinin yaradılması baxımından mühüm rol oynayır. Bu baxımdan təlimin başlıca məqsədi iştirakçıların əldə etdikləri məlumatların işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən müvafiq dövlət qurumlarının və müəssisələrin əməkdaşlarına “Təlimçilər üçün təlim” proqramı çərçivəsində ötürülməsindən ibarətdir. Qarabağda çalışan nümayəndələrin həmin mütəxəssislər tərəfindən maarifləndirilməsi daha geniş kütləni əhatə edərək zərərçəkənlərin sayının azaldılmasına səbəb olacaq.

Sonda iştirakçılara təhlükəsizlik nişanları, işarələri, mina və sursatların növlərini, ümumi əlamətlərini əks etdirən maarifləndirici və xəbərdaredici broşürlər və posterlər, eləcə də əsas təhlükəsizlik qaydalarına dair Təlimat kitabçası təqdim edilib.

Paylaş
Baxılıb: 88 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31