Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Postmüharibə dövründə Cənubi Qafqazda yaranan yeni vəziyyət bütün region ölkələri üçün olduqca geniş imkanlar açır

Postmüharibə dövründə Cənubi Qafqazda yaranan yeni vəziyyət bütün region ölkələri üçün olduqca geniş imkanlar açır

18.08.2021 [16:50]

Müasir müharibə yalnız döyüş əməliyyatları ilə məhdudlaşdırılmır, o həmçinin diplomatiya, informasiya sahəsində də davam edir. 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən həqiqətlərin beynəlxalq mediaya çatdırılması məqsədilə cənab Prezident İlham Əliyev xarici KİV-ə 30-a yaxın müsahibə verdi. Postmüharibə dövründə ölkə başçımızın müsahibələri, 4 saat ərzində və 4 dildə mətbuat konfransı da dünya ictimaiyyətinin diqqətini bir daha Cənubi Qafqaza yönəltmişdir. Ötən gün qardaş ölkə-Türkiyənin məşhur televiziya kanallarından biri olan “CNN Türk” televiziya kanalına verdiyi müsahibədə ölkə başçımız cənab İlham Əliyev son dövrlər nəinki Azərbaycan cəmiyyətini, Azərbaycanı sevən hər kəsi narahat edən suallara cavab verdi, eyni zamanda ölkəmizin mövqeyini bir daha bütün dünya ilə paylaşdı. Eyni zamanda, cənab Prezidentimiz Azərbaycan Türkiyə qardaşlığı, dostluğu, birliyi məsələsini də xüsusi olaraq qeyd edərək bildirmişdir ki, xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə ölkələrini həmişə bir-birinə doğma edib. Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqdadır. Vətən müharibəsinin başladığı ilk saatlardan Türkiyənin Azərbaycana mənəvi və siyasi dəstək verməsi Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının möhkəm təməllərə söykəndiyini bir daha təsdiq etmiş oldu. Türkiyədə baş verən meşə yanğınları zamanı isə fəsadların aradan qaldırılması üçün Azərbaycandan dost, qardaş ölkəyə dərhal dəstək göstərməsi bu qardaşlığın səmimi, sarsılmaz olduğunu bir daha tədiqləmiş oldu.Dövlət başçımızın dediyi kimi: "Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq".

Müsahibə zamanı Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının nəzarət etdikləri ərazi ilə bağlı, eyni zamanda Azərbaycanın regional proseslərə baxışını, Ermənistan ilə münasibətləri, aktual olan digər məsələlərlə bağlı Azərbaycanın gözləntiləri də aydın şəkildə ifadə edildi. Cənab Prezidentin bu müsahibəsi onun postmünaqişə dövründə həyata keçirdiyi ikişaxəli siyasətin parlaq bir nümünəsidir. Beləki, Azərbaycan həm konstruktiv yolun üfiqlərini cızır yəni kommunikasiyaların açılması, Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası, bərpa, quruculuq işləri və s. həm də əgər Ermənistan konstruktivlikdən uzaq addımlar atacaqsa bu istiqamətdə Azərbaycanın mövqeyini cənab Prezident çox gözəl şəkildə ifadə etdi. Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi əslində, Ermənistan və regional dövlətlər də nəqliyyat dəhlizlərinin açılmasından, yeni iqtisadi layihələrdən maksimum şəkildə bəhrələnə bilərlər. Bölgədə kommunikasiyaların yalnız birtərəfli deyil, hərtərəfli açılması nəzərdə tutulur. 10 noyabr bəyanatında nəqliyyat əlaqələrinin bərpa edilməsinin qeyd olunmasına baxmayaraq müzakirə predmeti olan Zəngəzur dəhlizinin yaradılması ilə bağlı ölkə başçımızın fikirlərini xüsusilə vurğulamaq istərdim. Sovetlər Birliyində mövcud olmuş dəmiryolu xəttinin bərpası, eyni zamanda yeni bir məlumat olan avtomobil yolunu vurğulayan Prezidentimiz qeyd etmişdir ki, “Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm avtomobil yolu olmalıdır. Biz Bakıda avtomobilə əyləşib oradan rahatlıqla Türkiyəyə və Naxçıvana keçə bilərik”. Bir məqamı qeyd etmək istərdim ki, 3.4 milyard dollara yaxın dəyəri, 40 tunelin inşa edilməsi, mürəkkəb reylefə malik ərazidən keçməli  olan Ermənistan-İran dəmiryolu xəttinin çəkilməsi 20 il ərzində müzakirə edilib və heç bir nəticə əldə olunmayıb. Postmüharibə dövründə kommunikasiyaların bərpa olunması ilə onlar Naxçıvan vasitəsilə İrana çıxış əldə etmiş olurlar. Belə ki, Azərbaycan 60 km yolu Zəngəzur ərazisindən, 20 km yolu isə Naxçıvan MR ərazisindən olmaqla 101 km uzunluğunda dəmiryolunu bərpa edəcəkdir. Ermənistan tərəfi isə yalnız 10 km uzunluğunda yolu tikməklə bu dəhlizdən istifadə edə bilər. Ermənilər türkofobiya, islamofobiya, azərbaycanofobiya psixologiyasında olması səbəbindən onlar üçün gələcək vəd edə biləcək sözügedən layihənin icrasına qarşı çıxırlar. Əslində bu layihənin Azərbaycanla yanaşı  Ermənistan üçün də əhəmiyyəti var. Belə ki, onlar bu vasitə ilə blokadadan çıxmış olurlar.

Cənubi Qafqazda son günlər yaşanan hadisələr belə təəsürat yaradır ki, məkirli qüvvələr Ermənistanın əli ilə yenidən regionda xaos yaratmaq, Azərbaycanın uğurlarına kölgə salmaq və yeni təcavüzə yol açmaq istəyir. Postmüharibə dövrü regionda bəzi geosiyasi reallıqlar yaratsa da bəzi ölkələr, qüvvələr bununla barışmamaqda israrlıdır. Görünür bu ölkələr öz köhnə- ermənilərə maddi-texniki dəstək göstərmək məqsədlərindən əl çəkməyiblər. Son günlər Laçın dəhlizi vasitəsilə bəzi dövlətlərin Azərbaycan ərazilərinə müxtəlif tipli yüklər göndərməsi bunun əyani sübutudur. Bu dövlətlərin hər birinə rəsmi şəkildə xəbərdarlıq olunmasına baxmayaraq onlar bu əməllərindən əl çəkmək istəmirlər. Kənar qüvvələrin yardımları Ermənistanı yeni-yeni təxribatlara şirnikləndirmək məqsədi daşıdığını söyləmək olar. Rusiyanın mövqeyi və Rusiya sülhməramlılarının davranışı isə son günlər müzakirə olunan aktual mövzulardan biridir. Laçın dəhlizi vasitəsilə Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə silah və hərbiçilərin göndərilməsi nə 10 noyabr bəyanatının prinsiplərinə nə də zəmanətçi dövlətin üzərinə götürdüyü öhdəliklərə uyğun gəlir. Prezident İlham Əliyevin “CNN Türk” televiziyasına müsahibəsində Laçın dəhlizi vasitəsilə baş verən bütün hadisələrdən xəbərdar olduğumuzu bildirməsi elə ilk növbədə Ermənistana dəstək göstərən ölkələrə açıq mesaj idi. Postmüharibə dövründə Cənubi Qafqazda yaranan yeni vəziyyət bütün region ölkələri üçün olduqca geniş imkanlar açır. Qonşu dövlətlərin bölgədə formalaşan yeni əməkdaşlıq mühitindən faydalanmaq yerinə sülhə xələl gətirmə cəhdləri isə ilk növbədə Ermənistan dövlətçiliyini zərbə altına ala bilər.

Şəbnəm Eldarova

Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi

Paylaş
Baxılıb: 113 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31