Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İndiki mərhələdə bizim əsas vəzifəmiz azad edilmiş torpaqlarda möhkəmlənməkdir

İndiki mərhələdə bizim əsas vəzifəmiz azad edilmiş torpaqlarda möhkəmlənməkdir

18.08.2021 [16:51]

Azərbaycanın işğaldan azad edilmiş əraziləri Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısı mütəmadi olaraq bu və ya digər azad olunmuş rayona səfərə gedir, bölgənin inkişafına təkan verən addımlar atır, açılışlar edir, yaxud müvafiq sənədlər imzalayır. Bu dəfə Prezident Kəlbəcər və Laçın rayonlarına gedib, yolboyu səfər təəssüratlarını ictimaiyyətlə bölüşüb.

Prezident bildirib ki, yolumuz işğaldan azad edilmiş Kəlbəcərədir. Ömər aşırımından keçərək Kəlbəcərə gedirik. Bu yol son bir neçə ay ərzində genişləndirilib. İndi yol boyun­ca tunellər tikilir. Tunellər tikiləndən sonra gediş-gəliş çox rahat olacaq. İlham Əliyev müharibədən sonra Kəlbəcərə ilk dəfə səfərə gəldiyini, rayonun bərpası, yenidən qurulma­sı prosesinə start verildiyini deyib. Ali Baş Komandan, eyni zaman­da, “Qarabağ və Şərqi Zəngəzur Azərbaycandır!” deyə bəyan edib. Onun sözlərinə görə, ermənilər Kəlbəcəri tərk edərkən bütün bina­ları, su elektrik stansiyalarını – hər şeyi dağıdıblar. Bu dağıntılar erməni vəhşiliyinin növbəti təzahürüdür.

Dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murov dağında inşa olunacaq 11,6 kilometrlik tunelin təməlinin qoyulması mərasimində iştirak ediblər. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Dövlət başçı­sının tapşırığına əsasən avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 metrdən Murovdağ zirvəsinədək 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11.6 kilometrlik tunelin tikintisi məqsədəuyğun hesab edilib. Murovdağ silsiləsindən sonra 2830 və 460 metr uzunluqlara malik daha 2 avtomobil tunelinin inşası da nəzərdə tutulur. Beləliklə, yol boyu ümumi uzunluğu 15 kilometrə yaxın olan 3 tunel tikiləcək. Tunellər bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq.

Azərbaycan Prezidenti deyib ki, ermənilər tərəfindən çəkilmiş Basarkeçər-Kəlbəcər yoluna da toxunaraq deyib ki, ermənilər Kəlbəcəri və digər əraziləri məskunlaşdırmaq və özlərinin gediş-gəlişini daha rahat etmək üçün bu yolu çəkiblər. dövlətə başçısı deyib ki, bu yol birbaşa Basarkeçər rayonuna gedir. Prezident həm də xahiş edib ki, Azərbaycanda ümumi leksikonumuzda “Vardenis” yox, Basarkeçər adı bərpa edilsin. İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır.

Azərbaycan Prezidenti bildirib ki, ermənilər, ümumiyyətlə, Ermənistanı Şərqi Zəngəzurla və Qarabağla üç yolla birləşdirmək istəyiblər. Bunun yeganə məqsədi qanunsuz məskunlaşma siyasəti aparmaq olub, amma bu, hərbi cinayət sayılır. Əfsuslar olsun ki, beynəlxalq qurumlar, ilk növbədə, ATƏT-in Minsk qrupu buna laqeyd yanaşmış, Ermənistana heç bir irad tutmamış, hətta Cəbrayıl rayonuna çəkiləcək yolun inşasına da etiraz bildirməmişdilər: “O vaxt bu yol çəkiləndə biz etirazımızı bildirmişdik. Ancaq bizi eşidən yox idi. Amma bu gün mən gəlmişəm, həmin yolun üstündə durmuşam və biz bu yolda bundan sonra əbədi qalacağıq, bu bölgədə əbədi yaşayacağıq”.

Qeyd edək ki, Kəlbəcərin Qamışlı kəndində enerji infrastrukturumuz yaradılıb və bu yaxınlarda yüksəkgərginlikli xətlər çəkilib. Prezident İlham Əliyev Kəlbəcər Kiçik Su Elektrik Stansi­yasında görülən işlərlə tanış olub, 110/35/10 kV-luq “Kəlbəcər” ya­rımstansiyasının açılışında iştirak edib. Hazırda Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tamamilə yenidən qurulur, stansiyanın maşın zalı, aqre­qatı, generatoru, idarəetmə panelləri, transformatorları yenilənir. Kəlbəcər şəhərində Dövlət bayrağını ucaldan dövlətimizin başçısı bildirib ki, indiki mərhələdə bizim əsas vəzifəmiz azad edilmiş torpaqlarda möhkəmlənməkdir. Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir. Yenidənqurma, bərpa işlərinə artıq start verilib, bu da əsas vəzifələrdən biridir. Keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran əsas məsələdir.

Emin Məmmədov,

YAP Göygöl rayon təşkilatının “Azərişıq” ASC Qərb RETSİ-nin Göygöl Elektrik şəbəkəsi ərazi ilk partiya təşkilatının sədr müavini

Paylaş
Baxılıb: 205 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31