Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Biz bir daha erməni faşizminin baş qaldırmasına imkan verə bilmərik

Biz bir daha erməni faşizminin baş qaldırmasına imkan verə bilmərik

18.08.2021 [17:31]

Məğlub olmuş düşmən döyüş meydanında cəsarəti çatıb ata bilmədiyi addımlarını atəşkəs dövründə istər Ermənistan-Azərbaycan sərhədində, istərsə də Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərimizdə imitasiya etməyə çalışır. Öz aləmlərində xarici havadarlarına ötürmək istədikləri məlumatlar ondan ibarətdir ki, güya sərhəddə və sülhməramlıların nəzarət zonasında vəziyyət ağırdır və Azərbaycan tərəfi 10 noyabr bəyanatının müddəalarını pozur.

Əslində isə bölgədə vəziyyət heç də ermənilərin hay-həşir saldıqları kimi deyil. Azərbaycan Respublikası beynəlxalq hüquq normalarına əməl edən, dövlətlərin süveren haqqlarını dəstəkləyən dövlətçilik anlayışına sahibdir. Azərbaycan Ordusu sərhəddə və digər ərazilərdə ölkəmiz ona məxsus olan suveren hüquqlarını bərpa edir. Heç kim bizə ağıl öyrətməyə çalışmasın. Biz dövlət sərhədlərimizi yaxşı bilirik. Harada durmalı, dayanmalı, olduğumuzu da yaxşı bilirk. Məhz bu səbəbdən Ermənistan və onun havadarları özlərinə əlavə problemlər yaratmamalıdırlar. Əksinə qarşılıqlı ərazi bütövlüyü tanınmalı və regionun inkişafı təmin olunmalıdır. Bunun əksini iddia edənlərə, çaxnaşma yaratmaq istəyənlərə və yenidən müharibə varmış kimi davrananlara isə ölkə Prezidenti öncə CNN-Türk kanalına verdiyi müsahibəsində, daha sonra isə Kəlbəcər və Laçın rayonlarlarına səfər zamanı çıxşılarında ən gözəl cavabı vermiş oldu.

Qarabağ Azərbaycandır! İşğaldan azad olunmuş torpaqlarda zəfərimizi şərtləndirən ən vacib ruhlandırıcı amil məhz bu şuar idi. Biz əlbəttə, əsrlərdir bilirik ki, Qarabağ Azərbaycandır! Lakin bu ifadənin hər bir Azərbaycanlının ruhuna, canına, qanına işləməsi nəticədə bugünkü uğurmuzu şərtləndirdi. Bu gün isə cənab Prezident dedi ki, Şərqi Zəngəzur Azərbaycandır! Qərbi Zəngəzur Azərbaycandır! Vaxtı ilə o torpaqlardan qaçqın düşmüş əhalimiz mütləq öz torpaqlarına qayıtmalıdır. Göyçə Azərbaycandır! Kəlbəcərlə sərhəddə yerləşən Basarkeçər rayonu Azərbaycandır! 1930-cu ildə Ermənistanın ərazi vahidi kimi yaranan bu rayon 1969-cu ilə qədər öz adı ilə adlanıb. Əlbəttə, bunlar hamısı xalqımıza qarşı olan mədəni terrorun, soykökünün silinməsinin əlamətləridir.

Hərbi münaqişə bitsə də, ideoloji müharibə davam etməkdədir. Bu mübarizənin də rəhbəri möhtərəm Prezidentdir. Biz Xocalıda başımıza gətirilən oyunları, digər şəhər- kəndlərdə əliyalın əhaliyə qarşı atılmış mənfur, düşmən addımlarını unutmamalıyıq. Soyuq aprel günü ayaqyalın Ömər aşırımı ilə yollar aşan vətəndaşlarımızı, yollarda donaraq ölən yurddaşlarımızı, atasız-anasız qalan körpələrimizi unutmamalıyıq.

Kəlbəcərin işğalına qədər AXC-Müsavat bir ilə yaxın idi ki, hakimiyyətdə idi. Kəlbəcərin işğalı Azərbaycan xalqının faciəsi idi. AXC-Müsavat hakimiyyəti dövrü xalqımızın milli rəzalət dövrüdür. Bunu bütün gənc nəsil bilməlidir. Bu rəzil hakimiyyət düşünə bilməmişdir ki, Kəlbəcər və Laçın keçmiş Dağlıq Qarabağla Ermənistan arasında coğrafi cəhətdən birləşməsini təmin etmiş olacaqdı. Belə də oldu. Ermənilər işğal dövründə oradan Basarkeçərə yol da çəkdilər.

Kəlbəcər ərazisindən Ermənistanla keçmiş Dağlıq Qarabağ ərazisini birləşdirən yolların çəkilməsi və bu ərazilərdə qanunsuz məskunlaşdırmaların aparılmasına hələ 30 illik münaqişə dövründə etirazlar edilmişdi. Lakin nə Minsk Qrupunun həmsədrləri, nə də digər beynəlxalq təşkilatlar buna etiraz etməmişdilər.

İndi o yol da bizim nəzarətimizdədir. Qüdrətli dövlət kimi biz azad olunmuş ərazilərdə relyefinə uyğun yollar, tunellər, yol ötürücüləri, su elektrik stansiyaları tikilir. Hamısı daxili imkanlarımız hesabına həyata keçirilir. Əksər tikinti şirkətləri yerli şirkətlərdir. Qardaş türk şirkətləri də prosesdə aktiv rol almaqdadırlar. Tikinti ərazilərində hər iki dövlətin bayraqları və Qarabağ fatehləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın posterlərinin qoşa asılması qürurverici haldır.

Tikinti və yenidənqurmanın miqyasını ifadə etmək üçün azad olunmuş ərazilərdə üç beynəlxalq hava limanının tikintisinin başlanmasını və işlərin sürətlə getməsini xatırlatmaq kifayətdir. Laçın rayonunda bünövrəsi atılan beynəlxalq hava limanı isə yəqin ki, dünya belə bir relyefdə mövcud olan nadir infrastruktur layihələrindən biridir. Regionun sosial-iqtisadi inkişafı ilə yanaşı çəkilən yolların, tikilən tunellərin, yolötürücülərinin böyük hərbi əhəmiyyətləri də vardır. Biz bir daha erməni faşizminin baş qaldırmasına imkan verə bilmərik. Bu məqsədlə təhlükəsizlik amilləri nəzərə alınmalıdır. Ordunun rahat və çevik hərəkətini təmin etmək üçün bütün lazımi addımlar vaxtında atılır.

Ənvər Haqverdiyev,

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi

Paylaş
Baxılıb: 214 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31