Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İspaniya qəzeti: Azərbaycan işğaldan azad edilmiş ərazilərini yüksək texnologiyalar zonasına çevirir

İspaniya qəzeti: Azərbaycan işğaldan azad edilmiş ərazilərini yüksək texnologiyalar zonasına çevirir

19.08.2021 [13:03]

Təxminən otuz illik tarixə malik iqtisadi, maliyyə və siyasi informasiyalar üzrə ixtisaslaşan müstəqil “EL BOLETÍN” qəzetinin onlayn nəşrində "Azərbaycan işğaldan azad edilmiş ərazilərini yüksək texnologiyalar zonasına çevirir" sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, nəşrdə Vətən müharibəsi bitdikdən sonra “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı” Dövlət Proqramının hazırlandığı bildirilir, bu məqsədlə müəyyən vəsaitin ayrıldığı qeyd olunur.

İspan nəşri diqqətə çatdırır ki, beş ildən sonra investisiyalar xarici sərmayələr hesabına artım perspektivi ilə 5,2 milyard dollara çatacaq, investorlar arasında Avropa Yenidənqurma və İnkişaf Bankı və Dünya Bankı da var.

Qəzet oxucularına logistika əlaqələrinin bərpası ilə bağlı planlaşdırılan layihələr, həmçinin azad olunmuş ərazilərdə inşa olunacaq üç hava limanı barədə də məlumat verir. Qeyd olunur ki, işğaldan azad edilmiş ərazilərdə logistika əlaqələrinin qurulması və inkişafı üçün yaxşı imkanlar var: “Azərbaycan Hökumətinin əsas məqsədlərindən biri də bu ərazilərdə "yaşıl enerji zonası"nın yaradılması və enerji təhlükəsizliyinin təmin olunmasıdır. Yaşıl energetika zonasının yaradılması prosesi artıq başlayıb”.

İspan nəşri yüksək texnologiyalı yanaşmanın şəhərsalma işində də nəzərə alınacağını yazır: “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində şəhərlər və kəndlər dünyanın ən qabaqcıl texnologiyaları tətbiq olunmaqla “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulacaq. İlk "ağıllı kənd"in Zəngilan rayonunun Üçünçü Ağalı yaşayış məntəqəsində yaradılacaq”.

Diqqətə çatdırılır ki, bu layihələr Azərbaycanın işğaldan azad edilmiş şəhər və kəndləri bölgənin ən inkişaf etmiş ərazilərindən birinə çevirmək niyyətini nümayiş etdirir. Yaşıl enerji zonasının və “ağıllı kənd”lərin yaradılması davamlı iqtisadi inkişaf üçün mühüm imkanlar yaradacaq. Logistika əlaqələrinin bərpası və işğaldan azad edilmiş ərazilərdə hava limanlarının tikintisi ticarət əlaqələrinin inkişafına mühüm töhfə verəcək və bölgənin turizm imkanlarından tam istifadə edilməsi üçün əlverişli mühit yaradacaq.

Paylaş
Baxılıb: 267 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31