Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şəhidlər xiyabanını ziyarət

Şəhidlər xiyabanını ziyarət

19.08.2021 [13:28]

Azərbaycanda rəsmi səfərdə olan Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soqun rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 19-da Şəhidlər xiyabanına gəlib.

AZƏRTAC xəbər verir ki, qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soqun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvlərinə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Paylaş
Baxılıb: 105 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31