Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Park Byonq-Soq: Azərbaycandakı sürətli inkişaf məni çox təəccübləndirdi

Park Byonq-Soq: Azərbaycandakı sürətli inkişaf məni çox təəccübləndirdi

19.08.2021 [14:36]

Azərbaycana 8 il bundan əvvəl Koreya Milli Assambleyasının sədr müavini kimi səfər etmişdim. Bu müddət ərzində Azərbaycandakı müsbət dəyişikliklər, sürətli inkişaf məni çox təəccübləndirdi. Həqiqətən böyük uğurlar əldə edilib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanda rəsmi səfərdə olan Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soq jurnalistlərə müsahibəsində deyib.

Sədr bildirib ki, Azərbaycana səfəri çərçivəsində ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər nəzərdən keçiriləcək: "Prezident İlham Əliyevlə görüşümüzdə Koreya və Azərbaycan arasında münasibətlərin inkişaf perspektivlərini müzakirə etdik. Əsas əməkdaşlıq əlaqələrini iqtisadiyyat sahəsində qurmağı planlaşdırırıq. Biz Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa və quruculuq işlərində, xüsusilə "ağıllı kənd" layihəsində iştirak edəcəyik. Bundan başqa, yeni növ bərpaolunan enerji layihələrində də birgə əməkdaşlığımız olacaq".

Park Byonq-Soq Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə də görüşəcəyini və ölkələrimiz arasında parlamentlərarası münasibətlərin müzakirə olunacağını da bildirib.

Paylaş
Baxılıb: 114 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31