Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Dövlət başçısının Laçın və Kəlbəcərə səfəri Azərbaycanın qəti mövqeyi və atacağı növbəti addımların bəyan edilməsi baxımından əlamətdar olub

Dövlət başçısının Laçın və Kəlbəcərə səfəri Azərbaycanın qəti mövqeyi və atacağı növbəti addımların bəyan edilməsi baxımından əlamətdar olub

19.08.2021 [16:19]

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərimizə növbəti səfəri Kəlbəcər və Laçın rayonlarına olub. Ümimilikdə Prezident İlham Əliyev azad edilmiş torpaqlarımıza 10 dəfədən çox səfər edib. Səfərlər zamanı Ali Baş Komandan yerlərdəki vəziyyətlə, artıq başlanmış bərpa-quruculuq işləri ilə birbaşa tanış olub. Eyni zamanda bölgənin perspektivi ilə bağlı planların real tətbiq imkanlarını öyrənib, yeni tapşırıqlar verib. Dövlət başçısının Qarabağa yaxın rayonlara səfərləri zamanı azad olunmuş əraziləri Azərbaycanın digər ərazilərinə bağlayacaq infrastruktur-nəqliyyat layihələrinin icrası diqqət mərkəzində olur. Bu baxımdan, Daşkəsənə və Goranboya son səfərlərində Prezident Kəlbəcərə yolu asanlaşdıracaq layihələr barədə də məlumat vermişdi.

Eyni zamanda, dövlət başçısının Laçın və Kəlbəcərə səfəri də Azərbaycanın qəti mövqeyi və atacağı növbəti addımların bəyan edilməsi baxımından əlamətdar olub. Belə ki, budəfəki səfər regionda yaranmış vəziyyət, Azərbaycanın mövqeyinin ifadəsi, Zəngəzur dəhlizi, məskunlaşdırma, quruculuqla bağlı aydın mesajlarla yadda qalıb. Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərin ən qısa vaxtda Azərbaycanın ümumi enerji sisteminə qoşulması, bu ərazilərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məsələsinə xüsusi diqqətlə yanaşır. Bunun nəticəsidir ki, bu istiqamətdə işğaldan azad edilmiş bütün yaşayış məntəqələrində, o cümlədən Kəlbəcər rayonunda genişmiqyaslı işlər həyata keçirilib. Yeni tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq. Səfərdə, həmçinin dövlət başçısı İstisu sanatoriyasının mövcud durumu ilə də tanış olub.

Dövlət başçısı səfər zamanı onu qeyd etdi ki, işğal dövründə Ermənistanı Şərqi Zəngəzurla və Qarabağla birləşdirmək üçün üç yol çəkirdilər. Bunun yeganə məqsədi qanunsuz məskunlaşma siyasəti aparmaq idi və bu da hərbi cinayət sayılır. Məsələ ilə məşğul olan beynəlxalq qurumlar, ilk növbədə, ATƏT-in Minsk qrupu buna laqeyd yanaşırdı. Ermənistana heç bir irad tutulmurdu. Basarkeçərdən Kəlbəcərə getmək üçün Laçın dəhlizinə asfalt yol çəkilməsi də qanunsuz idi. Azərbaycan buna zamanında etiraz edirdi.

Ən nəhayət, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Bu aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Həmin aeroportdan Laçın şəhərinə məsafə 30 kilometr, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çox, Şuşa şəhərinə məsafə isə 70 kilometrə yaxındır. Gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq.

Məlum olduğu kimi, ölkə rəhbəri çıxışlarında “Şərqi Zəngəzur”, “Qərbi Zəngəzur” toponimlərdən tez-tez istifadə edir. Səfər zamanı Prezident İlham Əliyev bu istiqamətdə bir məsələni də xüsusi olaraq vurğuladı ki, indiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə çağırılmalı və bütün qədim tarixi adlar bərpa edilməlidir. Həmin prosesdə Azərbaycanın ictimai fəallarının, təhsil, elm və media işçilərinin üzərinə mühüm düşür.

Yeganə İsgəndərova,

YAP Göygöl rayon təşkilatının Topalhəsənli kənd  tam orta məktəb ərazi ilk partiya təşkilatının üzvü

Paylaş
Baxılıb: 257 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31