Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ruslan Əliyev: “Azəriqaz” dəstəyə ehtiyacı olan sahibkarlara köməyini əsirgəmir

Ruslan Əliyev: “Azəriqaz” dəstəyə ehtiyacı olan sahibkarlara köməyini əsirgəmir

19.08.2021 [17:40]

Qaz təchizatı sahəsində ölkə üzrə kommunal xidmətlər təqdim edən “Azəriqaz” İB dövlət müəssisəsi kimi sosial məsuliyyətini dərk edərək öz səlahiyyətləri çərçivəsində və imkanları daxilində bütün istehlakçılara münasibətdə göstərdiyi dəstəyi təbii qazdan istifadə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərdən də əsirgəmir. Bu dəstəyin bir forması biznes layihələrinin reallaşdırılması ilə əlaqədar sahibkarların kommersiya obyektlərinin qazlaşdırılmasında, qazlaşdırılmış obyektlərin tələbata uyğun olaraq fasiləsiz və təhlükəsiz qaydada təbii qazla təchiz olunmasında və bununla əlaqədar geniş spektorlu xidmətlərin təqdim edilməsində ifadə olunur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, təbii inhisarçı olaraq göstərilən fəaliyyət qaz təchizatı sahəsində təqdim edilən xidmətlər üzrə məsuliyyəti daha da artırır. Belə ki, Azərbaycanda yaşayan və fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin başqa qazpaylayıcısını seçmək imkanları yoxdur. Bu səbəbdən də, İB fəaliyyətini elə qurur ki, xidmət növlərinin artırılması, keyfiyyətinin yüksəldilməsi və operativ surətdə təqdim edilməsi, eləcə də, yeni, rahat və innovativ üsullarla (“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri vasitəsilə) sahibkarlara əlçatanlığın təmin olunması yolu ilə müştəri məmnunluğuna nail olsun, qaz təchizatı ilə əlaqədar sahibkarların sorğularına, tələbatlarına cavab versin.

“Bunun üçün bir tərəfdən yeni qaz xətlərinin çəkilməsi, mövcud şəbəkənin gücləndirilməsi, təmir-profilaktika işlərinin vaxtında aparılması, payız-qış mövsümünə hazırlıq işlərinin görülməsi, digər tərəfdən isə zəmanənin tələblərinə uyğun olaraq əlavə vaxt itirmədən, heç bir məsafə qət etmədən bilavasitə “onlayn” şəkildə müraciət edərək yerindəcə əldə olunması üçün elektron xidmətlərin yaradılması həyata keçirilir. Bununla bağlı Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” MMC ilə bağlanmış müvafiq müqaviləyə əsasən mərhələli şəkildə işlər həyata keçirilir. İlkin mərhələdə “Azəriqaz” İB-nin “ASAN Kommunal” mərkəzlərində göstərdiyi xidmət növlərinin bir hissəsi Birliyə məxsus vahid yeni portalda istifadəçilərə təqdim ediləcək. Sonrakı mərhələdə isə “iOS” və “Android” mobil platformaları üzərindən elektron xidmətlərin göstərilməsi planlaşdırılır”, - deyə İB-nin baş direktoru vurğulayıb.

R.Əliyev qeyd edib ki, sahibkarlara göstərilən dəstəyin digər forması da bilavasitə onların istifadə etdikləri təbii qaza görə yaranmış borcların ödənilməsində güzəştlərin tətbiq olunması ilə əlaqədardır. Məlumdur ki, koronavirus pandemiyası dünya iqtisadiyyatına böyük zərbə vurmaqdadır. Davam edən qlobal pandemiya şəraitində əhalinin sağlamlığının qorunması məqsədilə tətbiq edilən məhdudiyyətlər ölkə iqtisadiyyatına ziyansız, sahibkarlara itkisiz ötüşmədi. Tam müfəssəl formada hesablamaq çətin olsa da, ölkə iqtisadiyyatına vurulan gündəlik zərər təqribən 120-150 milyon manat civarında qiymətləndirildi. Bələ şəraitdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz tərəfindən torpaqlarımızın erməni işğalından azad edilməsi prosesinə başlanıldı və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının zəfəri ilə nəticələndi. Bununla belə, qabaqlayıcı tədbirlər görən Azərbaycan dövləti pandemiyadan az itkilərlə çıxmaq və makroiqtisadi sabitliyi qorumaq üçün bütün imkanlarını səfərbər etdi.

“Prezident İlham Əliyevin təşəbbüsü ilə əhalinin sosial rifahının yaxşılaşdırılması, sahibkarlara dəyən zərərin ödənilməsi istiqamətində ciddi qərarlar qəbul edilib, bir sıra qanunvericilik aktlarında dəyişikliklər olunub. Həmin dəyişikliklərə əsasən, sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi, sosial sığorta yükünün azaldılması, kredit faizlərinin subsidiyalaşdırılması və zəmanət alətlərinin təkmilləşdirilməsi prosesi həyata keçirilir. Pandemiyanın “Azəriqaz” İB-də neqativ təsir göstərməsinə baxmayaraq (istehlakçıların ödəniş qabiliyyətinin aşağı düşməsi nəticəsində debitor borclar artdı, Birliyin tərəf müqabili olduğu müqavilələr üzrə ödəniş öhdəliklərinin yerinə yetirilməsində ciddi çətinliklər yarandı və sair) sahibkarlara münasibətdə yaranmış borcların mərhələli şəkildə ödənilməsinə dair razılaşmalar imzalandı. Bundan başqa xarici bazarlara məhsullarının ixrac edilməsində çətinlikləri yaranan sahibkarlarla təkcə fərdi qaydada deyil, həm də onların birləşdikləri peşəkar qurumlar (Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası) ilə daha sıx əməkdaşlıq etməklə də köməklik edildi. Dünyanın 50 ölkəsində 5 mindən artıq şirkət və təşkilatı birləşdirən, Xəzər-Qara dəniz və Baltik region dövlətləri ərazisində fəaliyyət göstərən və “Azəriqaz” İB-nin də üzvü olduğu nüfuzlu “Caspian Energy Club”un onlayn platformasından sahibkarları maraqlandıran suallara cavab verilir, qaldırılan problemlərin həll olunmasında köməklik göstərilir, qarşılıqlı faydalı əməkdaşlığın qurulması, biznes mühitinin inkişaf etdirilməsi istiqamətində mütəmadi olaraq sahibkarlarla görüşlər təşkil olunur, aktual məsələlər müzakirə edilir”, - deyə R.Əliyev əlavə edib.

Baş direktor deyib ki, regionların sosial-iqtisadi inkişaf dövlət proqramları çərçivəsində Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə yoxsulluq və işsizliyin səviyyəsinin azaldılması istiqamətində davamlı surətdə kompleks tədbirlər həyata keçirilir: yeni iş yerləri açılır, abadlıq işləri həyata görülür, sosial infrastruktur inkişaf etdirilir və sair. Uğurla həyata keçirilən bu siyasətə və dövlətimizin başçısının biznes ictimaiyyətinə yönələn sosial məsuliyyətin artırılması çağrışına dəstək olaraq SOCAR-ın həyata keçirdiyi böyük bir sosial layihə çərçivəsində 9 min fərdi sahibkar xidmət müqaviləsi əsasında “Azəriqaz” İB-yə işə cəlb olunub. “Azəriqaz” İB ölkədə işsizliyin minimuma endirilməsi, məşğulluğun artırılması, əhalinin sosial dayanaqlığının möhkəmləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması və sahibkarlara dəstək göstərilməsi istiqamətində aparılan dövlət siyasətinə bundan sonra da daim dəstəyini göstərəcək.

Paylaş
Baxılıb: 117 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31