Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Niderlandın “De Telegraaf” qəzetində “Azərbaycana ziyarət” adlı məqalə dərc olunub

Niderlandın “De Telegraaf” qəzetində “Azərbaycana ziyarət” adlı məqalə dərc olunub

20.08.2021 [10:18]

Azərbaycanın Niderland Krallığındakı səfirliyi “Səfirliklər Festivalı” (Embassy Festival) çərçivəsində ölkə ictimaiyyətinə açıq olacaq. Festival çərçivəsində niderlandlılar Azərbaycan səfirliyi, mədəniyyəti və mətbəxi ilə yaxından tanış olacaqlar.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Niderlandın nüfuzlu “De Telegraaf” qəzetində “Azərbaycana ziyarət” adlı məlumat xarakterli məqalədə yer alıb. Bildirilib ki, sentyabrın 3 və 4-də Niderlandda keçiriləcək “Səfirliklər Festivalı”na Azərbaycan səfirliyi də qatılacaq.

Məqalədə sentyabr ayında keçiriləcək festival çərçivəsində səfirliyimizin ictimaiyyətə açıq olacağından yazılıb. İlk dəfə olaraq ölkə ictimaiyyəti qruplar şəklində Azərbaycan səfirliyini ziyarət edə biləcək.

Niderland ictimaiyyəti səfirliyimizin binası ilə yaxından tanış olacaq. Ziyarətçilər dövlət rəmzlərimiz, xarici siyasətimiz, tariximiz, mədəniyyətimiz və musiqimiz haqqında məlumatlandırılacaqlar. Milli mətbəximizin dadlı nemətlərini dadacaqlar.

Səfirliyimizlə yanaşı Boliviya, Estoniya, Panama və Koreya Respublikasının səfirlikləri də həmin gün ictimaiyyətə açıq olacaq.

Festivalın ikinci günündə Azərbaycan da daxil olmaqla, 20 ölkənin milli mətbəx və mədəniyyət nümunələri Haaqada nümayiş etdiriləcək.

Paylaş
Baxılıb: 92 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31