Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Deputat həyəcan təbili çaldı: Sərt qaydaların tətbiqini və qapanmaları istəmirlərsə...

Deputat həyəcan təbili çaldı: Sərt qaydaların tətbiqini və qapanmaları istəmirlərsə...

20.08.2021 [10:18]

Bir sıra vətəndaşın saxta yolla COVID-19 pasportu əldə etməsi, toyların keçirilməsi ilə bağlı qaydalara əməl edilməməsi, tibbi maskadan istifadəyə biganəlik və s. amillər son günlər koronavirusun sürətlə yayılmasına səbəb olub. Əgər vətəndaşlar sərt qaydaların tətbiqini və qapanmaları istəmirlərsə, mütləq vaksinasiyada iştirak etməlidirlər.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, COVID-19-dan yeganə çıxış yolu məhz peyvəndləmədədir: "2020-ci ildən etibarən dünya dövlətləri kimi Azərbaycan da yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə aparmağa başladı. Ötən dövr ərzində Azərbaycanın həyata keçirdiyi tədbirlər onu deməyə əsas verir ki, dövlət vətəndaşların sağlamlığını qorumaq üçün mümkün olan bütün işləri həyata keçirib. Şükürlər olsun ki, biz ötən dövrü çox az itki ilə arxada qoya bilmişik. 2021-ci ilin yanvarından başlayaraq ölkədə koronavirus əleyhinə vaksinasiyaya başlanılıb. Vətəndaşların vaksin olunması nəticəsində yaz aylarında virusa yoluxanların sayında kəskin azalma oldu və ona görə də, bir sıra məhdudiyyətlər aradan qaldırıldı. Təəssüflər olsun ki, bundan sonra cəmiyyətdə sanki məsuliyyət azaldı, tibbi maskadan istifadəyə riayət edilmədi. Həmçinin toy şənliklərinin keçirilməsinə icazə verilməsindən də sui-istifadə edənlər çox oldu".

Koronavirusun yeni ştamlarının ortaya çıxdığını və daha sürətlə yayıldığını söyləyən N.Həmzəyəv deyib: “Bəzən hətta peyvənd olunmuşlar da yeni ştamlarla yoluxurlar. Ona görə də, biz virusdan qorunmaq üçün immunitetimizi güclü saxlamalıyıq. Qonşu ölkələrdə və Azərbaycanda müşahidə edilən ümumi vəziyyət deməyə əsas verir ki, biz hələ də koronavirusa qalib gələ bilməmişik. Xüsusilə payız aylarında yoluxma sayı daha da arta bilər. Bu baxımdan da vətəndaşlar peyvəndləmənin birinci və ikinci mərhələlərində iştirak edərək qaydalara maksimum ciddi əməl etməlidirlər. Birinci və ikinci doza vaksini 6 ay əvvəl vurduranlar buster (qüvvətləndirici) doza da vurdura bilərlər. Mən şəxsən özüm də 3-cü doza peyvənd olunmuşam. Onu da qeyd edim ki, iki mərhələdə "SinoVac" vurdurduğum halda, 3-cü dəfə "Pfizer" peyvəndi vurdurdum. Çünki yeni ştamlara qarşı ən effektiv vaksinin məhz "Pfizer" olduğu deyilir".

Paylaş
Baxılıb: 217 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31