Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Milli Məclisin deputatı: Kəlbəcər, Lacın, bütöv Vətən - biz qayıtmışıq!

Milli Məclisin deputatı: Kəlbəcər, Lacın, bütöv Vətən - biz qayıtmışıq!

20.08.2021 [10:19]

Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva düşmən işğalından azad edilmiş Kəlbəcər və Laçın rayonlarına səfər etmişlər. Bu, azad edilmiş torpaqlarımıza Prezidentimiz və xanımının növbəti səfəri oldu. Müharibə bitdikdən dərhal sonra, böyük bir risk altında Ali Baş Komandanımız xalqı və ordudakı əsgərlərinə bir daha ruh yüksəkliyi vermək və onlara arxalandığını göstərmək məqsədilə hələ təxribatlardan tamamilə sığortalanmamış ərazilərimizə getmiş, orada döyüşçülərlə səmimi görüşlər keçirmişdi. Düşünürük ki, bu səfərin mahiyyəti daha böyükdür. Buradan son dövrlərdə baş verən siyasi hadisələrlə bağlı dostlarımıza, erməni faşistlərinə və onların gizli və açıq havadarlarına açıq mesajlar verildi və bu bir daha göstərdi ki, Azərbaycan tutduğu yoldan dönməyəcək, qələbə əzmini itirməyəcək, lazım gələrsə, sərsəm düşmənə gücünü göstərmək iqtidarındadır. Bu, Azərbaycanın sərhədlərimizlə bağlı və müxtəlif məramlı qüvvələrin açıq və gizli planlarına qarşı mövqeyimizin vurğulanması oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ömər aşırımından Kəlbəcərin füsunkar mənzərəsini seyr edərkən Prezidentimizin “Yolumuz Kəlbəcərədir, işğaldan azad edilmiş Kəlbəcərə. Ömər aşırımından keçərək Kəlbəcərə gedirik” - , söyləməsinin, eyni zamanda, bir rəmzi mənası da var: yəni bu yollar artıq bizimdir. Bu yerlərin sahibi qayıtmışdır, bu torpaqlar, dağlar, aşırımlar, yüksəkliklər Azərbaycan xalqınındır, burada gəzmək, qürurla durmaq onun nümayəndəsinin, dövlət rəhbərinin ali hüququdur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülviyyə Ağayeva bildirib.

Deputat xatırladıb ki, otuz il əvvəl Kəlbəcərin işğal altına düşməsi xalqımızın böyük tarixi faciəsi idi, bu, bir xalq olaraq, bizim namusumuza ləkə idi. Şükürlər olsun ki, Prezidentimizin müdrik siyasəti və şir ürəkli oğullarımızın igidliyi sayəsində bu ləkə alnımızdan, adımızdan, tariximizdən silindi. Kəlbəcərin azad edilməsi də böyük tarixi hadisədir. Bu, haqqın, ədalətin nə vaxtsa, öz yerini tapacağına inam yaradır, düzdür, gənc ömürlər, sınmış talelər, itirilmiş həyatlar sayəsində alınmış, yazılmış tarixdir, ancaq nə etməli, “Torpaq, uğrunda qan tökülərsə, Vətəndir!”. Bu da bir gerçəklikdir. Unutmamalıyıq ki, düşmənin məkrli siyasəti və havadarları, xəyanətkar qonşularla eyni zamanda, torpaqlarımızın itkisinə səbəb olmuş daxili hərc-mərclik, kobud siyasi səhvlər də müəyyən rol oynamışdı. Bəli, tarixin dərslərini unutmaq olmaz, çünki vaxtilə yol verdiyimiz səhvlər bizə otuz illik Vətən həsrəti, minlərlə itki bahasına başa gəldi.

“Prezidentin çıxışından da aydın oldu ki, bu səfər adi, sıradan bir gəzinti deyildi. Səfər zamanı Kəlbəcərdən tunellərin çəkilməsi, yolların salınması, digər infrastrukturların qurulması ilə bağlı məsələlər həll edilmiş, dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murov dağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlinin qoyulması mərasimində iştirak etmişdir və bu da digər tərəfə növbəti mesaj idi: siz dağıtmışdınız, ona görə də əlinizdə saxlaya bilmədiniz, çünki bu yerlər sizin deyildi, bilirdiniz ki, əvvəl-axır buraların sahibləri qayıdacaq, ona görə də qarət edirdiniz, qənimət bilirdiniz.

Sanki təbiət də düşmən ayaqları ilə öz sahibinin gəldiyini ayıra bilir. Təbiət də torpaqlarının azadlığına sevinir, maraqlı, diqqət çəkən məqam arıların heç bir geyimsiz dayanan qonaqlara toxunmaması idi, sanki onlar da bu yerlərin sahiblərini tanıyırdılar, dostu düşməndən ayıra bilirlər. Sanki 30 il idi? yazıq təbiət əzab çəkir, ağır-ağır nəfəs alır, istismarının nə vaxt bitəcəyini həsrətlə gözləyirdi. Biz qayıtmışıq. Kəlbəcər, Laçın, bütöv Vətən, biz qayıtmışıq, daha yad ayaqlarının səni tapdalamasına imkan vermərik!

Səfər zamanı Prezidentimiz tarixi torpaqlarımızdakı toponimlərin də erməni, rus, gürcü və farslar tərəfindən dəyişdirilərək özününküləşdirmək cəhdlərindən söz açmış, bu yerləri öz tarixi adları – türk mənşəli sözlərlə ifadə etməyə səsləmiş və bu işdə elm adamları, media və təhsil işçilərinin üzərinə mühüm vəzifələr düşdüyünü söyləmişdir. Gəlin unutmayaq və bizdən sonra yaşayacaq nəslə də çatdıraq ki, ermənilərin Vardenis adlandırdıqları rayon Basarkeçər, Yerevan – İrəvan, Yerasx yox, Arazdəyəndir və digər toponimlərimizi də bərpa edək, bu, bizim hamımızın vətəndaşlıq borcudur, igid oğullarımız torpaqlarımızı qaytardı, biz də adlarımızı bərpa edək”,-deyə Milli Məclisin deputatı bildirib.

Paylaş
Baxılıb: 113 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31