Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan Dövlət Aqrar və Türkiyənin Ege universitetləri arasındakı ikili diplom proqramı üzrə tələbə qəbulu elan edilir

Azərbaycan Dövlət Aqrar və Türkiyənin Ege universitetləri arasındakı ikili diplom proqramı üzrə tələbə qəbulu elan edilir

20.08.2021 [10:20]

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən ikili diplom proqramı üzrə 2021-2022-ci tədris ilində bakalavriat səviyyəsində dövlət sifarişi əsasında (ödənişsiz) tələbə qəbulu elan edilir.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proqram “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində icra olunur. Tələbə qəbulu aqronomluq, bitki mühafizəsi, aqromühəndislik və iqtisadiyyat ixtisasları üzrə aparılacaq.

Hər bir ixtisas üzrə illik qəbul planı 30 tələbədir. 4 illik proqramın ilk 3 il Gəncədə ADAU-da, son 1 ili isə İzmirdə Ege Universitetində tədris olunacaq. Tələbələrə ADAU-da 3 illik təhsil müddəti ərzində müvafiq dil bacarıqlarını formalaşdırmaq üçün türk dili dərsləri keçiriləcək.

Tələbələrin qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələri əsasında aparılır.

Paylaş
Baxılıb: 96 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31