Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Milli Məclisin deputatı Ağalar Vəliyev: Prezident İlham Əliyev Kəlbəcər və Laçın səfəri zamanı da ermənilərə və onların havadarlarına tarix dərsi keçdi

Milli Məclisin deputatı Ağalar Vəliyev: Prezident İlham Əliyev Kəlbəcər və Laçın səfəri zamanı da ermənilərə və onların havadarlarına tarix dərsi keçdi

20.08.2021 [13:26]

Prezident  İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına tarixi hadisəyə çevrilmiş səfəri hər zaman olduğu kimi  bir sıra ciddi mesajlarla yadda qaldı. Bu səfər də onu göstərdi ki, dövlətimiz qısa zaman kəsiyində işğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlərin bərpasında, kommunikasiya sistemlərinin yenidən qurulmasında və nəticədə keçmiş məcburi köçkünlərin öz ata-baba torpaqlarına qayıdışının sürətlənməsində əzmkarlıq nümayiş etdirir.

Bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev KİV-ə açıqlamasında söyləyib.

Dövlətimizin başçısının göstərişi ilə işğaldan azad olunmuş digər rayonlar kimi Kəlbəcər və Laçın rayonlarının da sürətlə bərpa olunmasını diqqətə çatdıran millət vəkili qeyd edib ki, yeni bölgəsəl layihələr, eləcə də Böyük Qayıdışı şərtləndirən infrastruktur zəmin hazırlanması işləri sürətlə yerinə yetirilir. Prezident  İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın səfər çərçivəsində Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlini qoyması, büsbütün yenidən qurulan Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası ilə tanış olması, 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak etməsi, uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, Laçın Beynəlxalq Hava Limanının təməlini qoyması bir daha Qarabağ və Şərqi Zəngəzurun inkişaf etmiş bölgəyə çevriləcəyindən soraq verir və regional layihələrin həyata keçirilməsində dövlətimizin iradəsini nümayiş etdirir. Bu rayonların  bərpa edilməsi insanların buraya qayıdışı və sahibkarlıq fəaliyyəti üçün yeni imkanlar açacaq.

Ağalar Vəliyevin sözlərinə görə, bir qayda olaraq verdiyi açıqlamalarda istənilən məsələyə dürüst və məntiqi yanaşma nümayiş etdirən Prezident İlham Əliyev Kəlbəcərə və Laçına səfəri zamanı da ermənilərə və onların havadarlarına tutarlı tarix dərsi keçdi. Basarkeçər-Kəlbəcər yolundan söz açan dövlətimizin başçısı bildirib ki,  Basarkeçər rayonuna Ermənistanda "Vardenis" rayonu deyilir. Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır. 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur. O cümlədən Zod kəndinin sakinləri də azərbaycanlılar idi, deportasiyaya məruz qalmışlar. Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunu, onun adını dəyişdirərək ona “Vardenis” adı qoymuşdur. Xahiş edirəm ki, Azərbaycanda bu bölgə ilə bağlı hazırlanan reportajlarda və ümumiyyətlə, bizim ümumi leksikonumuzda “Vardenis” yox, Basarkeçər adı bərpa edilsin. 

Deputatın sözlərinə görə , cənab Prezidentin Kəlbəcər və Laçın rayonlarına səfəri bu rayonlar ərazisində son günlər ermənilər tərəfindən atəşkəsin davamlı olaraq pozulduğu bir zamanda  xüsusilə mühüm əhəmiyyət kəsb edir. Son zamanlar Prezidentin Ermənistanın hamilərinə və dünya birliyinə kifayət qədər ciddi və açıq mesajlar ünvanlaması beynəlxalq və yerli mediada, sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Bu tamamilə məntiqidir. Ermənistanın atəşkəsi ardıcıl şəkildə pozması, onların hamilərindən gələn qızışdırıcı bəyanatlar Azərbaycan xalqında haqlı etiraz doğurur, yeni müharibənin başlanmasına çağırış kimi qiymətləndirilir. Dövlətimizin başçısının bu günlərdə CNN-Türk televiziya kanalına verdiyi müsahibədən belə bir yəqinlik hasil oldu ki, Azərbaycanın Ermənistanla sərhədlərində baş verə biləcək ən xırda insident belə dövlətimizin diqqət mərkəzindədir.

Kəlbəcər və Laçın boyu sərhədlərimiz möhkəmləndirildikdən sonra azad edilmiş torpaqlarda  əbədi olaraq Azərbaycan bayrağı dalğalanacağını söyləyən Milli Məclisin üzvü onu da vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə bundan sonra da mövqelərimiz gücləndiriləcək, bərpa-yenidənqurma işləri daha sürətlə aparılacaq və keçmiş məcburi köçkünlər tədricən öz yurdlarına qaytarılacaq.

Paylaş
Baxılıb: 249 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31