Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Prezidentin köməkçisi: Bu gün hər hansı məhdudiyyətə getməyə ehtiyac yoxdur

Prezidentin köməkçisi: Bu gün hər hansı məhdudiyyətə getməyə ehtiyac yoxdur

20.08.2021 [13:29]

Bu gün hər hansı bir əlavə sərtləşdirməyə, məhdudiyyətlərə getməyə ehtiyac yoxdur. Bu, ilk növbədə, bu gün səhiyyə sistemimizin kifayət qədər xəstəni qəbul və müalicə etməsi iqtidarında olması ilə bağlıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

“Təbii ki, bu gün təzyiq hiss olunur. Həkimlərimiz də yorulur. Onlar 2 ilə yaxındır ki, məzuniyyətə də çıxmayıblar. Əlbəttə ki, bu, onlar üçün də ağırdır. Lakin biz görsək ki, xəstəxanalarda yerləşmə əmsalı çox yüksəkdir. O zaman Operativ Qərargah da növbəti addımlarda məhdudiyyətlərin tətbiqini müzakirə edə bilər”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Paylaş
Baxılıb: 229 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31