Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yaqut Qarayeva: Koronavirusa yoluxma əmsalı son günlər 23 faizə çatıb

Yaqut Qarayeva: Koronavirusa yoluxma əmsalı son günlər 23 faizə çatıb

20.08.2021 [13:29]

2021-ci il avqustun 20-nə olan statistikaya əsasən, dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayı 210 milyon, xəstəlikdən vəfat edənlərin sayı isə təxminən 4 milyondur. Dünya üzrə gündəlik yoluxma sayı 722 minə yaxındır. Ən çox yoluxma qeydə alınan ölkələr arasında ABŞ, Hindistan və Braziliyanın adları çəkilir.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, Azərbaycanda da son günlər COVID-19-a yoluxmada kəskin artım müşahidə edilir: “Artım dinamikasında önəmli olan yoluxma əmsalıdır. Əgər avqustun əvvəlində ölkədə koronavirusa yoluxma əmsalı 7 faizə yaxın idisə, indi bu göstərici 23 faizdir. Bu, son 20 gün ərzində ciddi artımın olduğuna işarədir”.

Y.Qarayeva qeyd edib ki, hazırda ölkədə 18 pandemiya müəssisəsi fəaliyyət göstərir: “Onların 11-i Bakı, Abşeron və Sumqayıtda, 7-si isə regionlarda yerləşir. Bundan başqa, ehtiyat tibb müəssisələri mövcuddur. İstənilən halda, biz bütün qaydalara ciddi şəkildə riayət etməliyik. Ehtiyat tibb müəssisələrinin mövcudluğu bizi arxayın etməməlidir. Həmin tibb müəssisələrinin əksəriyyəti rayon mərkəzi xəstəxanalarıdır. Əgər həmin xəstəxanalarda yalnız COVID xəstələri qəbul edilərsə, əhalinin normal tibbi ehtiyaclarını ödəməkdə çətinlik yaranar”.

Paylaş
Baxılıb: 107 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31