Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Reanimasiyada koronavirus müalicəsi alanların 96 faizi peyvənd olunmayanlardır

Reanimasiyada koronavirus müalicəsi alanların 96 faizi peyvənd olunmayanlardır

20.08.2021 [13:32]

Bu ilin mart ayından etibarən yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanlar arasında reanimasiyada müalicə alanların 96 faizi peyvənd olunmayanlardır.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, süni nəfəs aparatına qoşulan xəstələrin də 97 faizi vaksinasiyadan keçməyənlərdir: “COVID-19 xəstəliyindən həyatını itirənlərin də 99 faizinin peyvənd vurdurmadığı aşkarlanıb. Bu günə qədər Azərbaycanda vaksinasiyadan keçən vətəndaşlar arasında, sadəcə, 0,6 faiz yoluxma faktı aşkarlanıb. Bütün dünyada koronavirusa qarşı cəmi 788 milyon doza vaksin vurulub. ABŞ, İsrail, Almaniya, ümumiyyətlə Avropa ölkələri, Rusiya və Türkiyədə əhali daha çox vaksin olunub. Azərbaycanda 6 milyon doza vaksin vurulsa da, 2 dozanı qəbul etmiş vətəndaşların sayı əsas götürülür. Bu o deməkdir ki, ölkə əhalisinin 24 faizi peyvəndlənib”.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 991 min 16, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 574 min 157, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı isə 2 milyon 416 min 859 nəfərdir.

Paylaş
Baxılıb: 109 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31