Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ülvi Mehdiyev: COVID pasportunun yoxlanılması üçün “ASAN xidmət” tərəfindən xüsusi mobil tətbiq sistem hazırlanıb

Ülvi Mehdiyev: COVID pasportunun yoxlanılması üçün “ASAN xidmət” tərəfindən xüsusi mobil tətbiq sistem hazırlanıb

20.08.2021 [13:33]

Sentyabrın 1-dən ticarət mərkəzləri, ictimai-iaşə obyektləri, yəni kafe-restoranlar, şadlıq evləri, o cümlədən otellərdə vətəndaşların COVID pasportu yoxlanılacaq. Ümumi tapşırığa əsasən bu prosesin operativ həyata keçirilməsi üçün “ASAN xidmət” tərəfindən xüsusi mobil tətbiq sistem hazırlanıb. Bu sistemdən istifadə edənlər həmin obyektlərin əməkdaşları olacaq və onlar həmin sistemi istifadə etmək haqqında təlimatlandırılacaqlar. Çalışmışıq ki, maksimum asan bir sistem olsun.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində söyləyib.

Onun sözlərinə görə, həmin mobil tətbiqə xüsusi proqram yüklənir və onun vasitəsilə vətəndaşların COVID pasportu yoxlanılacaq: “COVID pasportu həmin sənəd vətəndaşın üzərindədirsə, ondakı QR kod vasitəsilə, mobil telefonda şəkli varsa, onu göstərməklə və heç biri yoxdursa, şəxsiyyət vəsiqəsinin məlumatları əsasında yoxlanıla bilər. Pasportu varsa, məkana buraxılacaq. Burada iki tərəf var. Vətəndaşlardan xüsusi bir prosedur tələb olunmur. Yalnız xahiş olunur ki, belə məkanlara gəldikdə COVID pasportları üzərlərində olsun. Bu, mobil telefonda şəkil formasında da ola bilər, kağız formasında da üzərlərində gəzdirə bilərlər. Əgər bunlar yoxdursa, şəxsiyyət vəsiqəsi məlumatları, yəni ad, soyad, ata adı və doğum tarixi və FIN kodu bildirməklə onun COVID pasportunun olub-olmamasını sistem yoxlayıb məlumat verə bilir. COVID pasportu dedikdə hər iki doza vurulduqdan sonra vətəndaşa verilən xüsusi bir sertifikat nəzərdə tutulur. Onu vətəndaşlar həm “e-Təbib” proqramı, həm “myGov” platformasından əldə edə bilərlər. Bunlar mobil tətbiqlərdir və çox rahat yükləmək olar. Hər birimizin COVID pasportu haqqında məlumatlar həmin tətbiqlərdə var. Onları telefona yükləyib saxlamaqla həmin məkanlara rahat giriş imkanı əldə edə biləcəyik. Yeganə xahişimiz həmin məkanlara giriş üçün peyvənd olunmayanların vaksinasiyadan keçməsidir, olunanların isə həmin pasportu üzərlərində gəzdirməsidir.

İkinci bir tərəf həmin obyektlərin səlahiyyətli şəxsləridir. Onlara pasportun yoxlanılması vəzifəsi həvalə olunacaq. Onların “icaze.gov.az” portalında şəxsi kabinetləri var. Portalda həmin mobil tətbiqdən istifadə qaydaları yerləşdirilib, oradan baxa bilərlər. Eyni zamanda, onların e-mail və bizdə olan mobil nömrələrinə videotəlimat SMS və ya e-mail formasında göndəriləcək. Əlavə 9108 Çağrı Mərkəzi vasitəsilə həmin obyekt sahiblərinin suallarına cavab veriləcək, problem yaranarsa, onun həlli istiqamətində dəstək göstəriləcək”.

Paylaş
Baxılıb: 113 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31