Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Prezidentin köməkçisi: Saxta vaksin pasportu alan insanlar özlərinin, yaxınlarının həyatlarını təhlükə altına atırlar

Prezidentin köməkçisi: Saxta vaksin pasportu alan insanlar özlərinin, yaxınlarının həyatlarını təhlükə altına atırlar

20.08.2021 [13:46]

Bu gün burada saxta vaksin pasportları verən həkimlər haqqında da danışıldı. Təəssüf ki, belələri var. Bizdə də hazırda reanimasiyada olan insanlar var ki, əllərində vaksin olunması ilə bağlı pasportu var. Bir neçə halda istintaq əməliyyatları və sorğu-suallar nəticəsində bəlli olub ki, həmin insanlar saxta pasportla özlərini peyvənd olunmuş kimi təqdim ediblər. Amma faktiki olaraq onlara peyvənd vurulmayıb. Bu gün onlar reanimasiyada ağır vəziyyətdədirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də təşkil etdiyi brifinqdə Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov məlumat verib.

“Təsəvvür edin, insan öz əli ilə pul verib saxta pasport alıb və bu gün onun həyatı böyük təhlükə altındadır. Təbii ki, bütün bunlar araşdırılır və müxtəlif səhiyyə müəssisələri ilə bağlı cinayət işləri açılıb. Bütün bunlar xoşagəlməz hallardır. İnsanlar nəinki öz həyatlarını, yaxınlarının, əzizlərinin həyatlarını da təhlükə altına atırlar, həmdə dövlətin siyasətinə xələl gətirirlər. Buna hansısa əsas gətirmək qeyri-mümkündür. Təbii ki, bütün müvafiq dövlət orqanları bu cür hallara qarşı mübarizəni davam edəcəklər”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Paylaş
Baxılıb: 106 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31