Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Prezidentin köməkçisi: Bu gün Azərbaycanda kifayət qədər vaksin ehtiyatı var

Prezidentin köməkçisi: Bu gün Azərbaycanda kifayət qədər vaksin ehtiyatı var

20.08.2021 [13:48]

Azərbaycanda yeni növ koronavirus infeksiyasına qarşı dörd vaksin tətbiq olunur. Vaksin seçimi vətəndaşlar tərəfindən edilə bilər.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Bu gün Azərbaycanda kifayət qədər vaksin ehtiyatının olduğunu söyləyən Prezidentin köməkçisi bildirib ki, bu, ilin sonuna kimi kifayət edəcək. Bu gün isə növbəti il üçün vaksinlərin ölkəyə gətirilməsi ilə bağlı danışıqlar aparılır.

Şahmar Mövsümov qeyd edib ki, hər bir vətəndaş atdığı addımlara məsuliyyətlə yanaşsa, vaksinasiya prosesində uğur əldə ediləcək. Bu gün bizdə xəstəxanalarda ciddi təzyiqin olmamasına səbəb peyvəndləmədir. “Hazırda ölkəmizdə peyvəndlənmə səviyyəsi 24 faizdir. Biz bunu 60 faizə qaldıra bilsək, Azərbaycanda pandemiya bitəcək. Ona görə hər kəsi peyvəndlənməyə çağırırıq”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Paylaş
Baxılıb: 257 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31