Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Hər bir şirkət sahibi “icaze.gov.az” portalı vasitəsilə əməkdaşlarının neçə faizində vaksin pasportu olduğunu izləyə bilər

Hər bir şirkət sahibi “icaze.gov.az” portalı vasitəsilə əməkdaşlarının neçə faizində vaksin pasportu olduğunu izləyə bilər

20.08.2021 [13:48]

“icaze.gov.az” portalı ötən ildən fəaliyyətdədir. Sərt karantin rejimləri dövründə şirkətlər, təşkilatlar həmin sistem vasitəsilə öz əməkdaşlarına icazələr alırdılar. Orada hər bir şirkətin şəxsi kabineti var. Nazirlər Kabineti yanında Operativ Qərargah sentyabrın 1-dən müxtəlif xidmət sahələri, təşkilat və şirkətlərin əməkdaşlarının 80 faizinin COVID pasportunun olmasına dair qərar qəbul edib. Həmin müəssisə, xidmət sahələrinin rəhbərləri əməkdaşlarının hansı faiz dərəcəsində vaksinləşməsini şəxsi kabinet vasitəsilə nəzarətdə saxlaya bilərlər. Hər bir şirkət sahibi həmin portalda əməkdaşlarının neçə faizində vaksin pasportu olduğunu izləyə və ona uyğun təşkilatdaxili müəyyən qərar verə bilər.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində söyləyib.

Onun sözlərinə görə, bu cür hallarda təşkilat, şirkət rəhbərləri inzibati məsuliyyət daşıyırlar: “Onlar inzibati məsuliyyətə cəlb olunmamaq və təşkilatdaxili vəziyyəti nəzarətdə saxlamaq üçün portaldakı şəxsi kabinetlərində əməkdaşlarının neçə faizinin vaksinləşdiyini izləyə bilərlər”.

Paylaş
Baxılıb: 102 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31