Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yaqut Qarayeva: “SinoVac” peyvəndi təhlükəsiz və effektivdir

Yaqut Qarayeva: “SinoVac” peyvəndi təhlükəsiz və effektivdir

20.08.2021 [13:49]

Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə istifadə edilən Çin istehsalı olan “SinoVac” peyvəndi təhlükəsiz və effektivdir.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, Azərbaycan “SinoVac” vaksinindən kütləvi şəkildə istifadə edilir: “Guya həmin peyvənd effektsiz olduğu üçün 3-cü doza vaksinasiyada “Pfizer”dən istifadə edilməsi fikri yanlışdır. Şəxsən mən 3-cü doza üçün də “SinoVac ” peyvəndini vurdurmuşam. Bu, mənim seçimimdir. Bir sıra tibb işçiləri isə “Pfizer” vaksini vurdurublar. Yəni, seçim sərbəstdir. Peyvəndlərin təhlükəsizliyi ilə əlaqədar heç bir narahatlığa əsas yoxdur. Təlimatlara nəzarət edilir və vaksinasiya prosesində iştirak edən tibb işçiləri yalnız təlimatlandırıldıqdan sonra işə cəlb edilirlər”.

Paylaş:
Baxılıb: 280 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31